“İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyəti uzunmüddətli strateji hədəflərinə və gələcək inkişaf prioritetlərinə uyğun olaraq fəaliyyət istiqamətlərinin yenidən qiymətləndirir.
FED.AZ xəbər verir ki, şirkət aparılan optimallaşdırılma və qiymətləndirmə çərçivəsində sığorta fəaliyyəti üzrə lisenziyasının könüllü qaydada məhdudlaşdırılması barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına rəsmi qaydada müraciət edilmişdir.
Könüllü müraciətə əsasən, 11 noyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “İpək Yolu Sığorta” ASC-nin sığorta fəaliyyəti üzrə lisenziyası məhdudlaşdırılmışdır.
Bununla yanaşı, “İpək Yolu Sığorta” ASC qüvvədə olan sığorta müqavilələri üzrə üzərinə götürdüyü öhdəliklərin tam həcmdə icrasını təmin edəcəkdir.
Şirkətin strateji inkişaf prioritetlərinə uyğun olaraq qarşıdakı dövrdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər və planlaşdırılan yeniliklər barədə əlavə məlumatlar təqdim olunacaqdır.















