2022-ci ildə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) rəhbərliyinə ödənişlər (əmək haqqı, ixtiyari və digər qısamüddətli mükafatlar) 761 min manat təşkil edib.
“Azərbaycan Sənaye Korporasiyası”nın vəziyyəti - MƏLUM OLDU
FED.az bu barədə ASK-ya istinadən xəbər verir.
Məlumata görə, bu, 2021-ci ilə nisbətən 55,6 % çoxdur.
O cümlədən, ötən il ASK-ya məxsus "Azəralüminium” MMC-nin rəhbərliyinə 75,8 min manat (illik müqayisədə 3,3 % az), “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin rəhbərliyinin 78,85 min manat (21,9 % az), "Azəripək” MMC-nin rəhbərliyinin isə 75,1 min manat (11,8 % çox) ödənilib.
Xatırladaq ki, ASK 2017-ci ildə dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon manatdır. (Report)