Bu ilin yanvar-iyul aylarında Azərbaycanda üst geyim istehsalı 665,3 min ədəd təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 270,4 min ədəd və ya 68,5 faiz çoxdur.
Azərbaycanda pambıq istehsalında məhsuldarlıq – HƏR HEKTARDAN 5 TONA ÇATDIRILACAQ
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, avqustun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı illik müqayisədə 33 min ədəd və ya 85,5 faiz artaraq 71,6 min ədəd olub.
Hesabat dövründə Azərbaycanda alt geyim istehsalı 985,6 min ədəd (illik müqayisədə 10,8 faiz çox), corab məmulatları istehsalı 2976,2 min cüt (2,5 dəfə çox), istehsalat və peşə komplektləri istehsalı 987,7 min ədəd (3,3 faiz çox) təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin hesabat dövründə üst geyim istehsalı 394,9 min ədəd, hazır məhsul ehtiyatı isə 38,6 min ədəd təşkil edib. (Azərtac)















