Azərbaycan şirkətləri və fiziki şəxsləri Gürcüstana son 3 ildə 449 milyon dollar birbaşa investisiya yatırıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Gürcüstanın Milli Statistika Xidmətinə (“Geostat”) istinadən xəbər verir ki, Azərbaycan investorları 2023-cü ildə Gücüstana 101,5 milyon dollar, 2024-cü ildə 87,2 milyon dollar, 2025-ci ildə isə 214,4 milyon dollar yatırıblar.
Azərbaycandan olan şirkət və sahibkarların Gürcüstana yatırımları 2026-cı ildə də davam edib. Belə ki, bu ilin ikinci rübündə Azərbaycan şirkətləri Gürcüstanda böyük həcmdə birbaşa xarici investisiya yatıranların siyahısında (ilk 10-luqda) yer alıb.
Belə ki, Geostat-ın məlumatına görə, 2026-cı ilin ilk yarısında Gürcüstana ümumilikdə 750 milyon dollar birbaşa xarici investisiya yatırılıb.
Bu vəsaitin 45 milyon dolları Azərbaycan şirkətləri tərəfindən yatarılıb.
Belə ki, 2026-cı ilin 1-ci rübündə azərbaycanlılar Gürcüstana 21 milyon dollar, 2-ci rübdə isə 24 milyon dollar yatırıblar.
Nəticədə 2-ci rübdə Azərbaycan şirkətləri Gürcüstana yatırım edən ölkələrin ilk 10-luğunda yer alıb.
Birinci yeri isə Çin tutur – Çin investorları bu ilin təkcə 2-ci rübündə Gürcüstana 219 milyon dollar, Böyük Britaniya şirkətləri 123 milyon dollar, birləşmiş ərəb əmirlikləri 48 milyon dollar yatırıb. Bundan başqa, ilk 10-luqda Malta (47 milyon dollar), Türkiyə (30 milyon dollar), İsrail (26 milyon dollar), Azərbaycan (24.3 milyon dollar), Almaniya (20,7 milyon dollar), Rusiya (17,6 milyon dollar) və Yaponiya (13,3 milyon dollar) yatırıb.
Gürcüstana böyük xarici birbaşa investisiya yatıran şirkətlərin siyahısında Azərbaycan şirkətlərindən “PASHA Development Georgia” MMC və “SOCAR Midstream Gas Operations” MMC-nin Gürcüstan filialı da yer alıb.






![Azərbaycan şirkətləri 3 ildə Gürcüstana – [red]450 MİLYON DOLLAR YATIRIB[/red] | FED.az](/upload/news/small/3733562.png)
![Azərbaycan şirkətləri 3 ildə Gürcüstana – [red]450 MİLYON DOLLAR YATIRIB[/red] | FED.az](/upload/news/small/856481.png)







