Azərbaycan Mərkəzi Bankının (AMB) Bazar davranışlarının tənzimlənməsi departamentinin adı Bazar davranışlarına nəzarət və tənzimləmə departamentinə dəyişdirilib.
Mərkəzi Bank BOKT-ların borclanması üzrə - YENİ LİMİTLƏR TƏYİN EDİB
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, yeni departementin direktoru da əvvəlki kimi Tamerlan Əliyevdir.
Bundan başqa, AMB-də Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbəsi yaradılıb. Şöbəyə İlahə Baxışova Tahirli rəhbər təyin edilib. O, III "Yüksəliş" müsabiqəsinin qalibidir.












