Bir neçə gün əvvəl «Apple» şirkətinin təqdimatı və yeni məhsuları arasında qatlanan «Duos» smartfonu ajiotaj doğursa da, məlum olub ki, əslində «Huawei» şirkəti özünün eyni dizaynlı «Pura X Max» smartfonu ilə onu qabaqlayıb.
FED.az xəbər verir ki, 4 ay əvvəl buraxılmasına başlanan smartfondan indiyədək 1,2 milyon ədəd satılır və sifarişlər azalmaq bilmir.
Xatırladaq ki, «Huawei» şirkəti «Pura X Max»ı yeni rənglərdə - tünd qırmızı və mavi rənglərdə satışlarına başlayıb. «iPhone Duo» ilə eyni dizayna oxşayan cihaz 12 GB RAM və 512 GB əsas yaddaşa malikdir, onun baza versiyasının qiyməti 12 000 yuan və ya 1800 dollardır.
16 GB RAM və 512 GB yaddaşa malik tünd qırmızı kolleksiya versiyasının qiyməti 1900 dollar, 16 GB RAM və 1 TB yaddaşa malik ən yüksək səviyyəli konfiqurasiyanın qiyməti isə 2100 dollardır.
Smartfon ikili displeyə malikdir. Xarici ekran 5,4 düym, daxili ekran isə 7,7 düym ölçüdədir. Modelə güclü tələbat nümayiş etdirib: Huawei şirkətinin məlumatına görə, Pura X Max-ın satışa çıxarılmasından sonrakı ilk dörd ayda tədarük həcmi 1,2 milyon ədədi keçib.
Smartfonun əsas kamerası 50 meqapiksellik ultra genişbucaqlı modul və böyük diafraqmalı 50 meqapiksellik periskop telefoto linzadan ibarətdir. Həmçinin 12,5 meqapiksellik ultra genişbucaqlı kamera da mövcuddur.












