ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranı tərk etməyə də bilər və ölkənin neftinə nəzarəti əlində saxlaya bilər. O, bu yanaşmanı ABŞ-ın Venesuelanın böyük neft ehtiyatlarının bir hissəsinə nəzarəti ələ keçirmək cəhdi ilə müqayisə edib.
İran Hörmüzün açılması üçün ABŞ qarşısında - 7 ŞƏRT QOYUB
FED.az xəbər veri ki, İrlandiyaya səfəri zamanı jurnalistlərə danışan Tramp İranla müharibənin bu il başa çatacağını gözlədiyini bir daha bildirib. ABŞ Prezidenti müharibənin noyabrda keçiriləcək aralıq seçkilərdən dərhal sonra sona çata biləcəyini deyib.
Trampın sözlərinə görə, İran müharibəsi başa çatdıqdan sonra ABŞ-da benzin qiymətləri “daş kimi aşağı düşəcək”.
ABŞ Prezidenti yalnız “düzgün razılaşma” əldə edəcəyi halda sazişə razı olacağını, ABŞ üçün əlverişli olmayan razılaşmanı qəbul etməyəcəyini vurğulayıb.
Tramp həmçinin İranın sülh danışıqları üçün “davamlı şəkildə zəng etdiyini” iddia edib. Tehran isə daha əvvəl bu iddiaları təkzib edib.
ABŞ Prezidenti ötən avqustda Venesuela ilə bağlı açıqlanmış razılaşmaya istinad edərək deyib:
“Sonunda İrandan çıxacağıq — Venesuelada olduğu kimi qalmağa və nefti əlimizdə saxlamağa qərar verməsək.”
Tramp əlavə edib ki, Venesueladan ABŞ-ın əldə etdiyi gəlirlər “müharibənin xərclərini dəfələrlə qarşılayıb”.












