Azərbaycanda yolların xətlənməsiilə növbəti böyük tenderə yekun vurulub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) respublika ərazisində yollarda xətlənmə işlərinin satınalması üzrə tender keçirib. Tender şərtlərinə görə, ölkə üzrə ümumilikdə 2 milyon 458 min kvadratmetr sahədə boyalar və astarlar ilə xətlənmə işləri görülməli idi. Tenderin ehtimal olunan qiyməti 36 milyon 795 min manat idi. Tender iyulun 24-də başa çatıb, onun qalibi "STP-BTECH" MMC olub. Onunla 36 milyon 110 min manatlıq müqavilə imzalanıb.
"STP-BTECH" MMC (VÖEN 2907446991) 2 il əvvəl, 2024-cı ilin aprelində yaradılıb. Nizamnamə kapitalı 2 milyon 400 min manatdır. Şirkətin qanuni təmsilçisi Emre Yalcindır, hüquqi ünvanı Sumqayıt şəhəri, H.Z.Tağıyev, , ev.Texno-park sahəsində yerləşir.
Xatırladaq ki, "STP-BTECH" MMC cəmi 2 ay əvvəl AYNA-nın hdaha bir böyük oxşar tenderinin qalibi olub. Belə ki, "STP-BTECH" MMC respublika ərazisində yollarda nişanlanma işlərinin satınalması tenderinin qalibi olub və onunla AYNA arasında 29 milyon 421 min manatlıq müqavilə imzalanıb.













