Azərbaycanda son 1 ayda 6 min nəfərdən insan iş yerini itirib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2026-cı il avqustun 1-i vəziyyətinə ölkədə muzdla, yəni rəsmi əmək müqaviləsi ilə işləyən işçilərin sayı 1 milyon 781,1 min nəfər olub. Onlardan 836,9 min nəfəri dövlət sektorunda, 944,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Rəqəmlərdən aydın olur ki, son bir ayda ölkədə rəsmi işləyənlərin sayı 6300 nəfər azalıb. Belə ki, 1 ay əvvəl – iyulun 1-ə olan məlumata görə, Azərbaycanda əmək müqaviləsi ilə işləyənlərin sayı 1 milyon 787,4 min nəfər idi. Onlardan 844,6 min nəfəri dövlət sektorunda, 942,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Başqa sözlə, son 1 ayda dövlət qurumlarında çalışanlarnın sayı 7,7 min nəfər azalıb, qeyri-dövlət qurumlarında işləyənlərin sayı isə 1,4 min nəfər artıb.
Ümumilikdə ilin əvvəlindən biri ölkədə 26,9 min iş yeri bağlanıb.
Belə ki, yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında əmək müqaviləsi ilə işləyənlərin sayı 1 milyon 808 min nəfər idi. Onlardan 865,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 942,2 min nəfəri isə qeyri-dövlət sektorunda işləyirdi.
Başqa sözlə, ilin əvvəlindən bəri dövlət sektorunda 29 min nəfər işini itirib. Qeyri-dövlət sektorunda isə əksinə, çalışanların sayı 2 min nəfər artaraq ilin əvvəlindəki 942,2 min nəfərdən 944,2 min nəfərə yüksəlib.












