Bridge Travel
Tur Meneceri
Son tarix 13 okt 2026 - [email protected]
Turizm sahəsində təcrübəniz, güclü satış bacarığınız varsa, sizi Bridge Travel komandasına dəvət edirik. Şirkətimizdə outgoing turizm istiqaməti üzrə çalışacaq, məsuliyyətli, operativ və nəticəyönümlü Tur Meneceri axtarırıq.
Vəzifə öhdəlikləri
- Tur paketlərinin hazırlanması və satışı
- Müştərilərin istəyinə və büdcəsinə uyğun fərdi tur təkliflərinin hazırlanması
- Müştərilərə tur paketləri haqqında ətraflı məlumat verilməsi
- Otel bronlarının və rezervasiyaların idarə edilməsi
- B2B rezervasiya sistemləri ilə işləmək
- Turoperatorlar və xarici tərəfdaşlarla yazışmaların aparılması
- Müştəri sorğularının operativ cavablandırılması
- Satış prosesinin izlənilməsi və satışdan sonrakı müştəri dəstəyinin təmin edilməsi
Namizədə tələblər
- Turizm sahəsində minimum 2 il iş təcrübəsi
- Outgoing tur paketlərinin hazırlanması və satışı üzrə praktiki təcrübə
- B2B rezervasiya sistemləri ilə işləmək bacarığı
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı
- Rus və ya ingilis dili biliyi
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
- Güclü ünsiyyət, təqdimat və satış bacarıqları
- Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq
- Həm müstəqil, həm də komanda daxilində işləmək bacarığı
İş şəraiti
- İş qrafiki: həftənin 5 günü, saat 09:00–18:00
- Əməkhaqqı: 1500 AZN + bonus
- Rəsmi əmək müqaviləsi
- İnkişafa açıq və dinamik iş mühiti
- Karyera inkişafı imkanları
CV-nizi mövzu hissəsində “Tur Manager” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Qeyd: Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlərdən CV göndərmələri xahiş olunur.













