İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sabirabad Sənaye Məhəlləsində bu ilin yanvar-iyun ayları ərzində 3,3 milyon manatlıq məhsul istehsal edilib.
Hacıqabulda 80 milyon dollar sərmayə ilə avtomobil zavodu tikilir - TAM İSTEHSAL OLACAQ
İZİA-dan FED.az-a bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox artıb. Bundan başqa, Sənaye Məhəlləsində bu ilin ilk 6 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə məhsul ixracı 74 faiz artıb.
Sənaye Məhəlləsində hazırda 8 rezident fəaliyyət göstərir. Rezidentlər tərəfindən ümumilikdə 11,8 milyon manat investisiya yatırılıb, 100-dən çox iş yeri yaradılıb.
Qeyd edək ki, Sabirabad Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli Sərəncamı ilə yaradılıb. 20,3 hektar ərazini əhatə edən sənaye məhəlləsində məişət məhsullarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı, qida sənayesi və gübrə istehsalı əsas prioritet fəaliyyət istiqamətlərini təşkil edir.












