“International Leasing” ASC nizamnamə kapitalını 1 milyon manat artıraraq 2 milyon manata çatdırır.
FED.AZ şirkətin açıqladığı məlumata istinadən xəbər verir ki, səhmdarların növbədənkənar ümumi yığıncağının qərarı əsasında 2 milyon manat məbləğində xüsusi əhəmiyyətli əqd bağlanıb. Əqd çərçivəsində şirkətin nizamnamə kapitalının 1 milyon manatdan 2 milyon manata qaldırılması barədə qərar qəbul edilib.
Beləliklə, “International Leasing”in nizamnamə kapitalı iki dəfə artırılır.
Qeyd edək ki, dövlət reyestrindən 23 dekabr 2025-ci il tarixli çıxarışa əsasən, şirkətin ödənilmiş nizamnamə kapitalı 1 milyon manat olub. Həmin tarixdə şirkətin kapitalında Nicat Həsənovun və Rifat Həsənovun hər birinin payı 45%, Leyla Cabbarovanın payı isə 10% təşkil edib. Əvvəlki nizamnamə sənədlərində də 1 milyon manatlıq kapitalın 20 min ədəd, hər birinin nominal dəyəri 50 manat olan adi sənədsiz adlı səhmdən ibarətdir.












