Baku Electronics
Müştəri məmnuniyyəti üzrə kiçik təmsilçi
Son tarix 11 okt 2026 - Müraciət et
Vəzifə funksiyaları
- Mağazalarda yerləşən xidmət nöqtələrində müştəri müraciətlərini qarşılamaq və onlara peşəkar ilkin dəstək göstərmək;
- Müştərilərin şikayət, təklif və sorğularını daxili CRM sistemində vaxtında və tam düzgün qeydiyyata alaraq müvafiq struktur bölmələrinə yönləndirmək;
- Məsul olduğu müştəri sorğularını operativ şəkildə araşdırmaq, həlli istiqamətində zəruri addımlar atmaq və nəticə barədə müştərini vaxtında məlumatlandırmaq;
- Müştərilərə şirkətin qaydaları, servis şərtləri və müraciət statusları üzrə dəqiq və ətraflı məlumat vermək;
- Müştəri rəylərini, sistemli problemləri və təkrarlanan narazılıqları müvafiq rəhbərliyə və əlaqədar şöbələrə mütəmadi olaraq bildirmək;
Tələblər
- Tam orta və ya orta-ixtisas təhsili (Ali təhsil arzuolunandır);
- Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı (Rus dili biliyi arzuolunandır);
- MS Office proqramları ilə işləmək bacarığı;
- Düzgün nitq və aydın diksiya;
- Yüksək məsuliyyət, operativlik və komandada effektiv işləmək həvəsi.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.













