Azərbaycanın bank sektorunun liderlərindən olan «Kapital Bank»ın səhmdarlarının sayı açıqlanıb.
FED.az xəbər verir ki, 2026-cı ilin ilk yarım ilinin sonuna «Kapital Bank»ın ümumilikdə 270 səhmdarı var. Bunlardan 193-ü adi səhmdar, 77-i isə imtiyazlı səhmdardır. Adi səhmdarlardan 191 nəfər fiziki şəxs 2-si isə hüquqi şəxslərdir.
İlin əvvəli ilə müqayisədə bankın fiziki şəxs səhmdarlarnın sayı 2 nəfər azalıb.
Xatırladaq ki, ilin əvvəlində «Kapital Bank»ın ümumilikdə 272 səhmdarı var idi. Bunlardan 195-i adi səhmdar, 77-i isə imtiyazlı səhmdardır.













