“Xəzər Kredit İttifaqı” 2023-cü ilin maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, ötən il “Xəzər Kredit İttifaqı”nın faiz gəlirləri 136 min manat, xərcləri isə cəmi 8,1 min manat olub. İllik müqayisədə gəlirlər 33,6 min manat (32,8%) artıb, xərcləri 100 manat (1,2%) azalıb.
Beləliklə kredit ittifaqının xalis faiz gəlirləri 127,9 min manata bərabər olub.
Hesabat dövründə kredit təşkilatının digər gəlirləri 17,4 min manata, inzibati və digər əməliyyat xərcləri 56,2 min manata bərabər olub.
Gəlirlər 5,1 min manat (41,5%) artsa da, inzibati və digər əməliyyat xərcləri 14 min manat (20%) azalıb.
kredit ittifaqı 2023-cü ili 71,3 min manat mənfəətlə başa vurub. Qurum ötən il 17,8 min manat mənfəət vergisi ödəyib ki, bu da illik müqayisədə 11 min manat və ya 2,6 dəfə çoxdur.
“Xəzər Kredit İttifaqı” ötən il 1 milyon 39 min manat aktivlərə malik olub. Aktivlər son bir ildə 41 min manat (4,1%) artıb.
Öhdəliklər isə 145 min manat (31,1%) azalaraq 321,6 min manata düşüb.
Balans kapitalı 717,1 min manata bərabər olub ki, bu da son bir il ərzində 185,2 min manat (34,8%) artım deməkdir.
Bu dördə təşkilatın bölüşdürülməmiş mənfəətinin mənfəətinin həcmi 45,1 min manat (2,2 dəfə) artaraq 81,7 min manata çatıb.