“TCF BOKT” MMC 2023-cü il üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, kredit təşkilatı ötən ili 612 min manat xalis mənfəətlə başa vurub. BOKT ötən il 261,5 min manat mənfəət vergisi ödəyib.
“TCF BOKT” MMC nin faiz gəlirləri 3 milyon 79 min manat, xərcləri 1 milyon 25 min manat, xalis faiz gəlirləri 2 milyon 54 min manat təşkil edib.
İllik müqayisədə faiz gəlirləri 278 min manat (9,9%), xərcləri 20 min manat (2%), xalis faiz gəlirləri 258 min manat (14,4%) artıb.
Bundan başqa kredit təşkilatının inzibati və əməliyyat xərcləri 812,8 min manat, digər xalis əməliyyat gəlirləri 3,2 min manata bərabər olub.
Kredit təşkilatının inzibati və əməliyyat xərcləri 107,3 min manat (15,2%), digər əməliyyat gəlirləri 1,9 min manat (2,5 dəfə) artıb.
“TCF BOKT” MMC ötən il 16 milyon 978 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 313 min manat və ya 1,9% artıb.
Təşkilatın kredit portfeli 3 milyon 420 min manat 27,5% böyüyərək 15 milyon 846 min manata çatıb.
BOKT-un öhdəlikləri isə 299 min manat və ya 2% azalaraq 15 milyon 115 min manata düşüb.
Balans kapitalı 1 milyon 863 min manata bərabər olub ki, bu da illik müqayisədə 612 min manat və ya 48,9% artım deməkdir.
Bölüşdürülməmiş mənfəətin həcmi 612 min manat və ya 76,4% artaraq 1 milyon 413 min manata çatıb.
Qeyd edək ki, “TCF BOKT” MMC-nin səhmdarı – sahibi «Bakı Elektroniks» şirkətidir. 2023-cü ilin nəticələrinə görə, BOKT-un «Bakı Elektroniks»dən 840 min manat alacağı, yəni debitor borcu var.
Eyni zamanda “TCF BOKT” MMC özü «Bakı Elektroniks»ə 3,4 milyon manat borcludur.