"TCF" BOKT ASC 2024-cü ili 424 min manat xalis mənfəət ilə başa vurub.
FED.az bu barədə təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir.
Təşkilat 2023-cü ili 612 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "TCF" BOKT-ın xalis mənfəəti 2023-cü illə müqayisədə 188 min manat və ya 30,7% azalıb.
"TCF" BOKT ASC-nin faiz gəlirləri 2024-cü ildə 2 milyon 508 min manata bərabər olub. Faiz gəlirləri illik müqayisədə 571 min manat və ya 18,6% azalıb.
Faiz xərcləri 897,6 min manat təşkil edib ki, bu da illik 127,1 min manat (12,4%) azalma deməkdir.
Nəticədə xalis faiz gəlirləri 444,2 min manat (21,6%) azalma ilə 1 milyon 610 min manata bərabər olub.
Bundan başqa kredit təşkilatının inzibati və əməliyyat xərcləri 880,5 min manat, digər xalis əməliyyat gəlirləri 8,1 min manata bərabər olub.
Kredit təşkilatının inzibati və əməliyyat xərcləri 67,7 min manat (8,3%), digər əməliyyat gəlirləri 4,9 min manat (2,5 dəfə) artıb.
“TCF BOKT” MMC ötən il 15 milyon 685 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 1 milyon 292 min manat və ya 7,6% kiçilib.
Təşkilatın kredit portfeli 1 milyon 468 min manat 9,3% kiçilərək 14 milyon 378 min manata çatıb.
BOKT-un öhdəlikləri isə 1 milyon 716 min manat və ya 11,4% azalaraq 13 milyon 398 min manata düşüb.
Balans kapitalı 2 milyon 287 min manata bərabər olub ki, bu da illik müqayisədə 424 min manat və ya 30% artım deməkdir.
Bölüşdürülməmiş mənfəətin həcmi 424 min manat və ya 22,8% artaraq 1 milyon 837 min manata çatıb.
Xəbər YENİLƏNƏCƏK...