"NAS Project" bank olmayan kredit təşkilatı (BOKT) Açıq Səhmdar Cəmiyyətinin problemli kreditləri kəskin artıb.
“NAS Project BOKT” ASC-nin komissiya - GƏLİRLƏRİ AZALDI
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, ötən ilin sonuna şirkətin vaxtı keçmiş kreditlərinin həcmi 744 min 390 manat olub. Bu, 2024-cü ilə nəzərən kəskin - 744 min 390 manat artım deməkdir. 2024-cü ilin sonunda kredit təşkilatının vaxtı keçmiş kreditləri olmayıb.
Qeyd edək ki, hesabat dövrünün sonunda kredit təşkilatının kredit portfelinin həcmi 7 milyon 379 min 125 manat təşkil edib. Bu da, əvvəlki illə müqayisədə 2 milyon 306 min 892 manat (45,5%) çoxdur. 2024-cü ilin sonunda BOKT-un kredit portfelinin həcmi 5 milyon 72 min 233 manat olmuşdu.













