“MJ Financial Services Bank Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı 22.12.2025-ci il tarixdə Cəmiyyətin ümumi məbləği 4 milyon 800 min 160 manat olan səhmlərin buraxılması haqqında qərar qəbul edib.
FED.az xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 30 min 1 manat olan 160 ədəd adi, adlı sənədsiz səhmlərdən gedir.
Qeyd edək ki, təklifin səbəbi olaraq nizamnamə kapitalının artırılması olaraq göstərilib. Əldə olunmuş gəlir emitentin dövriyyə kapitalının artırılmasına yönəldiləcəkr. Cəlb olunacaq vəsaitlərin xalis məbləği 4 milyon 794 min 540 manat təşkil edəcək. Artım 16 dəfə olacaq.
Bununla da təşkilatın nizamnamə kapitalı 5 milyon 100 min 170 manata çatacaq.
Anderrayter "Troni İnvestisiya Şirkəti" QSC-dir.
Xatırladaq ki, "MJ Financial Services" 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçiləri isə Camal Aydınov (70%) və Mədəd Rüstəmovdur (30%).











