BOKT “Viator Mikrokredit Azərbaycan” MMC 2021-ci ili 132 min manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2020-ci ili 205 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə,“Viator Mikrokredit Azərbaycan”ın xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə 35,6% azalıb.
Eləcə də bax: İstiqraz buraxan BOKT borclara girir, istehlak kreditləri verir – HESABAT
FED.az xəbər verir ki, “Viator Mikrokredit Azərbaycan”ın faiz gəlirləri 2020-ci ildə 1 milyon 347 min manat ikən, 2021-ci ildə 1 milyon 369 min manat təşkil edib. Ehtiyatın yaradılması üzrə, inzibati və digər xərclərinin artması ilə əlaqədar olaraq BOKT-un xalis mənfəəti düşüb.
“Viator Mikrokredit Azərbaycan”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) ötən il təxminən 3% artaraq 6 milyon 734 min manata çatıb.
"Viator Mikrokredit Azarbaycan" 2002-ci ilin sonu yaradılıb. Ötən ilin sonunda şirkətin 5 filialı və 61 işçisi olub. “Viator Mikrokredit Azərbaycan”ın 100% Norveçin "ViatorAS" təşkilatına məxsusdur. (Marja)