Bank Olmayan Kredit Təşkilatı “International” QSC 2021-ci ildə xalis mənfəət əldə edib, amma kredit portfeli üçün vəsaitlər cəlbi üçün borclanmanı daha da artırıb.
Eləcə də bax: BOKT “International” mənfəət - AÇIQLADI
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə BOKT-un audit hesabatında bildirilir.
Təşkilat açıqlayıb ki, hesabat ilində 410.55 min manat xalis mənfəət əldə edib.
Son illərdə istiqraz emissiyası ilə gündəmə gələn BOKT-un faiz gəlirlərinin həcmi illik müqayisədə 26% artaraq 8.16 mln. manat təşkil edib. Eyni zamanda kredit təşkilatının faiz xərcləri də 31% artımla 1.92 mln. manata çatıb ki, bu da onun 6.24 mln. manatlıq xalis faiz gəliri deməkdir.
BOKT-un kredit zərərləri üzrə ehtiyatı 631.9 min manata yüksəlib.
Kredit təşkilatının əməliyyat gəlir və xərcləri fərqindən sonra mənfəəti 531.84 min manat olub, buradan da 121.29 min manat mənfəət vergisi xərci çıxıb.
Bu zərərdən sonra BOKT “International”ın 26 min manatdan yuxarıda olan yığılmış zərəri 384.05 min manatlıq bölüşdürülməmiş mənfəətlə əvəz olunub.
Bununlda belə, səhmdar Rifat Həsənov ötən il böyüməkdə olan kredit təşklatının mövqeyi üçün əlləşib. Səhm kapitalını 3 mln. manatdan 5 mln. manata çatdırıb.
BOKT BORCLARA GİRİB KREDİT PORTFELİNİ YÜKSƏLDİR
Rifat Həsənova məxsus olan BOKT “International” ötən il faizli borc və eləcə də qiymətli kağızlar üzrə borc öhdəliyini yülsəldib. BOKT-un 5.47 mln. manatlıq müddətli borcu artaraq 6.8 mln. manata, qiymətli kağızlar üzrə borcu isə 4.95 mln. manatdan 6.61 mln. manata yüksəlib. Nəticədə öhdəliklərin həcmi 14.58 mln. manata çatıb.
BOKT-un müddətli borcunun 6.06 mln. manatı yerli banklaradır. “Yelo Bank” ASC qarşısında borcu 3.08 mln. manatdan 2.5 mln. manata düşdüyü halda, “PAŞA Bank” ASC qarşıslnda olan borcu 1.23 mln. manatdan 1.56 mln. manata yüksəlib. Əlavə olaraq, Bank “BTB”dən 2 mln. manat borc cəlb edib. Qeyd edək ki, Yelo Bank və Bank BTB-dən aldığı kreditin illik faiz dərəcəsi 16%, PAŞA Bank-dan isə 15% təşkil edir.
Leyla Cabbarova adlı şəxsə 1.14 mln. manatlıq borcunu bağlasa da, səhmdarı Rifat Həsənovdan 688.88 min manatlıq borc alıb.
BOKT-un qiymətli kağızlar üzrə borcunun 6.61 milyonu istiqrazlar üzrədir. Bu istiqrazlar isə bank kreditlərindən daha yüksək faizli- 18% illik ödəniş şərti ilə buraxılıb və2024, 2025-ci ilədək ödənilməlidir.
Həmin istiqrazlar üzrə 2021-ci ildə 1.29 milyon manatlıq faiz xərci olub. Məsələn, bu 2020-də 793 min manat idi.
Kredit təşkilatının borclardan əldə edilən vəsaitlərdən sonra kreditləşməni yüksəlib. 2021-ci ildə kredit portfelini 12 mln. manatdan 17.75 mln. manata çatıb. Bunun da 17.49 mln. manatı istehlak kreditləridir. Kredit verərkən isə risksiz təminatı əsas tutub. Məsələn, portfelin 15.71 mln. manatı qiymətli metal təminatlı kreditdir.