Azərbaycanın aparıcı bank olmayan kredit təşkilatlarından olan «Monteri Kredit» BOKT MMC 2024-cü ilin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, qeyri-bank kredit şirkəti ötən ili 4 milyon 29 min manat xalis mənfəətlə başa vurub. Xalis mənfəət son bir il ərzində 2 milyon 327 min manat (2,4 dəfə) artıb.
"Monteri Kredit" BOKT 2024-cü il üzrə 5 milyon 460 min manat faiz gəliri əldə edib. Gəlirlər 2023-cü il üzrə müqayisədə 927 min manat, başqa sözlə 20,5% artıb.
Faiz xərcləri təxminən 177 min manata bərabər olub, ki, bu da illik müqayisədə 74 min manat (71,8%) artım deməkdir.
Nəticədə, xalis faiz gəlirləri 853 min manat (19,3%) artımla 5 milyon 283 min manata yüksəlib.
Hesabat dövründə kredit təşkilatının komissiya gəlirləri 7 min manat (43,8%) artaraq 23 min manata, işçilərə çəkilən xərcləri 506 min manat (61,2%) artaraq 1 milyon 332 min manata, ümumi və inzibati xərcləri 218 min manat (26,9%) artımla 1 milyon 27 min manata yüksəlib.
Ötən il BOKT-un 10 min manatlıq digər xərcləri 2023-cü ildə 9 min manatlıq gəlirə çevrllib.
Nəticədə BOKT-un vergidən əvvəlki mənfəəti 5 milyon 36 min manat olub, 536 min manat mənfəət vergisi ödənişindən sonra şirkət 2024-cü ili 4 milyon 29 manat xalis mənfətlə tamamlayıb. 2023-ci ildə isə bu rəqəm təqribən 2,4 dəfə çox - 1 milyon 702 min manat olmuşdu.
"Monteri Kredit" BOKT ötən il 24 milyon 130 min manat cəmi aktivlərə malik olub. Bu illik müqayisədə 6 milyon 458 min manat (36,6%) çoxdur.
Kredit portfeli də 4 milyon 669 min manat (2,1 dəfə) artaraq 9 milyon 11 min manata yüksəlib. Cəmi öhdəliklər 2 milyon 584 min manat (2,1 dəfə) artaraq 4 milyon 978 min manata bərabər olub.
Balans kapitalı 19 milyon 152 min manata bərabər olub ki, bu da illik 3 milyon 874 min manat və ya 25,4% artımdır.