“MJ Financial Services” BOKT ötən ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, Hesabat ilində “MJ Financial Services” BOKT-nın faiz gəlirləri 4 milyon 559 min manata, xərcləri 606 min manata bərabər olub.
İllik müqayisə ilə gəlirlər 892 min manat (24,3%), xərclər isə 110 min manat (22,2%) artıb.
Beləliklə kredit təşkilatının xalis faiz gəlirləri 3 milyon 952 min manata bərabər olub ki, bu da illik müqayisədə 782 min manat və ya 24,7% artım deməkdir.
Ümumi və inzibati xərclər isə 1 milyon 549 min manata bərabər olub ki, bu da illik müqayisədə 493 min manat, başqa sözlə 46,7% artım deməkdir.
Nəticədə BOKT ötən ili 1 milyon 859 min manat xalis mənfəətlə yekunlaşdırıb. Xalis mənfəət 2022-ci ilə nisbətən 170 min manat və ya 10,1% artıb.
Kredit təşkilatı mənfəət vergisi ödəmələrini 46 min manat (10,9%) artıraraq 4638 min manata çatdırıb.
MJ Financial Services” BOKT ötən il 12 milyon 950 min manat aktivlərə malik olub. Aktivlər son bir il ərzində 531 min manat və ya 4,3% artıb.
Kredit təşkilatının öhdəlikləri 628 min manat və ya 5% azalaraq 9 milyon 975 min manata düşüb.
Balans kapitalı 1 milyon 159 min manat və ya 58,1% artaraq 3 milyon 155 min manata, bölüşdürülməmiş mənfəətin həcmi isə 1 milyon 1529 min manat (68,4%) artaraq 2 milyon 853 min manata yüksəlib.
Kredit təşkilatı 2022 və 2023-cü illərdə 300 min 10 manat nizamnamə kapitalına malik olub.