BOKT “Azfinans” MMC 2023-cü ilin audit hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, kredit təşkilatı ötən ili 1893 manat mənfəətlə başa vurub. Lakin 2022-ci ili 3 3438 manat zərərlə bitirmişdi.
2022-ci ildə BOKT mənfəət vergisi ödəməsə də, 2023-cü ildə 473 manat vergi ödəyib.
Kredit təşkilatının verilmiş kreditlər üzrə faiz gəlirləri 86,9 min manat, lizinq əməliyyatları üzrə 4 min 47 manat təşkil edib.
İllik müqayisədə kreditlər üzrə faiz gəlirləri 31,3 min manat (56,3%) artıb , lizinq əməliyyatları üzrə gəlirlər 10 min manat (3,5 dəfə) azalıb.
Beləliklə, BOKT-un 40,9 min manat və ya 51,3% artaraq 120,6 min manata yüksəlib.
Ötən il kredit təşkilatının kommersiya xərcləri 103 min manat, digər xərcləri 11,1 min manat, amortizasiya 1,7 min manata bərabər olub. İllik müqayisə ilə təşkilatının kommersiya xərcləri 41,5 min manat (67,5%) artıb, digər xərcləri 8,6 min manat (43,7%), amortizasiya 0,2 min manat (10,5%) azalıb.
BOKT “Azfinans” MMC ötən il 388,9 min manat aktivlərə malik olub. Aktivlər son bir ildə 17 min manat və ya 4,4% artıb.
Kredit portfeli 372,7 min manat təşkil edib ki, bu da son bir il ərzində 53 min manat (17%) böyümə deməkdir.
Öhdəliklər 10,8 min manat (14%) artaraq 87,8 min manata, balans kapitalı 3,9 min manat (1,3%) artaraq 301,1 min manata yüksəlib.