«MJ Financial Services» BOKT gözlənilən kredit zərərləri üzrə ehtiyatlarını kəskin artırıb.
"MJ Financial Services" BOKT nizamnamə kapitalını 16 dəfə artırır
FED.az xəbər verir ki, kredit zərərləri üzrə ayrılan ehtiyatların həcmi adətən kredit portfelinin keyfiyyətinin və risklilik dərəcəsinin göstəricisi kimi çıxış edir.
Son 3 ildə şirkətin kredit portfeli tədricən böyüyüb. Belə ki, 2022-ci ildə kredit portfeli 11,7 milyon manat, 2023-cü ildə 12,4 milyon manat, 2024-cü ilin nəticələri üzrə isə 14,7 milyon manat olub.
Kredit zərərləri üzrə ayrılan ehtiyat isə kredit portfelindən daha sürətlə böyüyüb. Belə ki, «MJ Financial Services BOKT» 2022-ci ildə bu məqsədlə 19,4 min manat ehtiyat ayırdığı halda, 2023-cü ildə bu rəqəm 112 min manatı (kredit portfelinin 0,9%-i), 2024-cü ilin nəticələri uzrə isə 1 milyon 34 min manatı (ümumi kredit portfelinin 7%-i) keçib.











