“M Bulak” bank olmayan kredit təşkilatı (BOKT) Məhdud Məsuliyyətli Cəmiyyəti 2025-ci il üzrə maliyyə vəziyyətini açıqlayıb.
Mərkəzi Bank "M Bulak" BOKT-un vəzifəli şəxsini - CƏRİMƏLƏDİ
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, kredit təşkilatının xalis faiz gəlirləri 14 milyon 842 min manat olub. Bu, əvvəlki ilin sonu ilə müqayisədə milyon 4 milyon 219 min manat və ya 39,7% çoxdur.
Hesabat dövründə kredit təşkilatının faiz gəlirləri əvvəlki illə müqayisədə 5 milyon 755 min manat (52,9%) 16 milyon 640 min manata, faiz xərcləri isə 1 milyon 536 min manat (7 dəfə) artaraq 1 milyon 798 min manata yüksəlib.
Bu dövrdə şirkətin əmək haqqı xərcləri 5 milyon 402 min manat (1 milyon 995 min manat / 58,6% çox), sair ümumi və inzibati xərcləri 1 milyon 606 min manat (482 min manat / 42,9% çox), haqq və komissiya xərcləri 140 min manat (30 min manat / 27,3% çox) olub.
Xarici valyuta ilə əməliyyatlar üzrə xalis gəlir isə bir ildə 2 milyon 811 min manat və ya 6 dəfə artaraq 3 milyon 389 min manata yüksəlib.
Hesabat dövründə şirkətin vergidən əvvəl mənfəəti 4 milyon 391 min manat ödəyib. Ödənilmiş mənfəət vergisinin həcmi 900 min manat olub. Nəticədə xalis mənfəət 3 milyon 416 min manata bərabər olub ki, bu da, illik müqayisədə 2 milyon 255 min manat (39,8%) azdır.
2025-ci ilin sonuna “M Bulak” BOKT-un aktivlərinin həcmi 58 milyon 661 min manat olub. Bu, əvvəlki illə müqayisədə 23 milyon 750 min manat (68%) çoxdur.
Müştərilərə verilmiş kreditlərin həcmi 21 milyon 8 min manat (62,4%) artaraq 54 milyon 684 min manata yüksəlib.
Bu dövrdə şirkətin öhdəlikləri 26 milyon 133 min manat təşkil edib ki, bu da, 2024-cü ilə nəzərən 20 milyon 334 min manat (4,5 dəfə) çoxdur.
Ötən il BOKT-un cəmi kapitalı 32 milyon 528 min manat təşkil edərək bir ildə 3 milyon 416 min manatlıq (11,7%) artım göstərib. Nizamnamə kapitalı dəyişilməyərək 10 milyon 408 min manat olub. Bölüşdürülməmiş mənfəət isə 2024-cü illə müqayisədə 3 milyon 416 min manat (18,3%) artaraq 22 milyon 109 min manata yüksəlib.


















