Azərbaycan Mərkəzi Bankı (AMB) "M Bulak" MMC bank olmayan kredit təşkilatlarının (BOKT) vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.
Mərkəzi Bank BOKT-ları ciddi nəzarətə götürür – AUDİT QAYDALARI DƏYİŞİR
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanıb. Nəticədə İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən "M Bulak"ın vəzifəli şəxsi 2 min manat cərimələnib.











