Qeyri-bank maliyyə sektorunun aparıcı qurumlarından olan «Kredit Servis» BOKT MMC 2024-ci il üzrə maliyyə nəticələrini açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, 2024-ci ildə «Kredit Servis» BOKT böyüyüb, şirkət mənfəətlə işləməyə davam edib.
Ötən il «Kredit Servis» BOKT müştərilərinə ayrılmış kreditlərdən faiz gəlirləri 295,7 min manat faiz gəliri əldə edib.
Bu dövrdə BOKT-un inzibati və digər əməliyyat xərcləri isə 215,6 min manat olub.
Ötən il «Kredit Servis» BOKT-da əmək haqları 92 min manat, sosial sığorta ayırmaları 17 min manat, inzibati xərclər isə 118 min manat olub.
Nəticədə kredit təşkilatının vergidən əvvəlki mənfəəti 83,8 min manat təşkil edib. 16.7 min manat mənfəət vergisi ödənişindən sonra
Kredit təşkilatı 13,8 min manat mənfəət vergisi ödənişindən sonra «Kredit Servis» BOKT 2024-cü ili 64,1 min manat xalis mənfəətlə başa vurub.
2024-cü ildə «Kredit Servis» BOKT-un cəmi aktivləri 215 min manat və ya 15% artaraq 1 milyon 608 min manata yüksəlib. Şirkətin kredit portfeli il ərzində 600 min manat və ya 70% artaraq 1 milyon 406 min manata yüksəlib.
2024-cü ildə «Kredit Servis» BOKT-un öhdəlikləri də kəskin artaraq 43 min manatdan 261 min manata yüksəlib. Ötən il BOKT əlavə olaraq təqribən 190 min manat uzunmüddətli kredit götürüb.
Şirkətin kapitalı isə 1 milyon 347 min manat olub. Bundan 1 milyon 283 min manatı səhmdar kapitalı, 64 min manatı isə 2024-cü ildə olan bölüşdürülməyən mənfəətdir.