Bank Olmayan Kredit Təşkilatı “Finex Kredit” Açıq Səhmdar Cəmiyyəti 2024-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, BOKT ötən ili 1260 manat xalis mənfəət ilə başa vurub.
“Finex Kredit”in faiz gəlirləri 2024-cü ildə 694 min manata bərabər olub. Bundan başqa 123 min manat qeyri-faiz gəlirləri də əldə edib.
Faiz xərcləri qismində verilmiş kreditlər üzrə faiz xərcləri 28 min manat, digər alınmış kreditlər üzrə faiz xərcləri 176 min manat, qiymətli kağızlar üzrə faiz xərcləri 27 min manat, diğər faiz xərcləri isə 230 min manat olub. faiz xərclərinin cəmi 230 min manat təşkil edib. Xalis faiz gəlirləri 464 min manatdır. qeyri-faiz gəlirləri hissəsində məzənnə fərqindən xalis gəlirlər (30 manat), digər gəlirlər 123 min manat olub. Şirkətin cəmi gəlirləri hesabat dövründə 587 min manat təşkil edib.
Əmək haqqı və əlavələr 319 min manat, sosial təminat xərcləri 62 min manat olaraq qeydə alınıb. Əmək haqqı və ona bərabər tutulan xərclərin cəmi 380 min manat təşkil edir. Digər inzibati və əməliyyat xərcləri 89 min manat, haqq və komissiya xərcləri 32 min manat, digər xərclər isə 84 min manat olub.
Qeyri-faiz xərclərinin cəmi 585 min manatdır.
Təşkilat 2024-cü ilin sonunda 3 milyon 791 min manat aktivlərə malik olub.
Ötən il BOKT “Finex Kredit”in kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2 milyon 354 min manata bərabər olub.
Əsas vəsaitlər 148 min manat-a yüksələrək əvvəlki illə müqayisədə 50 min manat artım nümayiş etdirib. Qeyri-maddi aktivlər isə 91 min manat səviyyəsində olub ki, bu da keçən illə müqayisədə 17 min manat artım deməkdir.
Vergi aktivləri, debitor borclar və hesablanmış faizlər 2024-cü ilin hesabatına ilk dəfə daxil edilərək müvafiq olaraq 19 min manat, 40 min manat və 362 min manat təşkil edib. Digər aktivlər isə 324 min manat olub.
Şirkətin pul vəsaitləri və ekvivalentləri 1.8 min manat səviyyəsində qalmaqda davam edib, bank hesablarındakı vəsait isə 391 min manat olub.
Finex Kredit-in ümumi öhdəlikləri 2 milyon 637 min manat səviyyəsində qeydə alınıb. Əvvəlki ildə bu göstərici 3 milyon 21 min manat idi.
Əsas öhdəliklərdən biri olan buraxılmış borc qiymətli kağızlar 1 milyon 467 min manat təşkil edib və bu, əvvəlki ilə nisbətən 225 min manat artım deməkdir. Digər öhdəliklər isə 647 min manat səviyyəsində olub.
Şirkətin kapitalı 1 milyon 154 min manat təşkil edib. Bu da 2023-cü ilin sonundakı 919 min manat göstəricisinə nisbətən 235 min manat artım deməkdir.
Nizamnamə kapitalı əvvəlki illərdə olduğu kimi 1 milyon 494 min manat olaraq sabit qalıb. İmtiyazlı səhmlər üzrə dəyər 178 min manat, kapital ehtiyatları isə 188 min manat səviyyəsində qərarlaşıb. Cari ilin xalis mənfəəti isə 1.7 min manat olub.