"FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı 2024-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az təşəkilatın 2024-cü il üzrə maliyyə hesabatına istinadən xəbər verir ki, BOKT-nın faiz gəliri 20 milyon 361 min manat təşkil edib. Bu göstərici 2023-cü ilin 17 milyon 713 min manat göstəricisi ilə müqayisədə 2 milyon 648 min manat və ya 15,0% artım deməkdir.
Faiz xərcləri isə 5 milyon 212 min manat olub. 2023-cü ildə bu göstərici 4 milyon 100 min manat təşkil edib və nəticədə 1 milyon 112 min manat və ya 27,1% artım qeydə alınıb
Ehtimal olunan kredit zərərlərinin bərpasından əvvəlki xalis faiz gəliri 15 milyon 149 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 1 milyon 536 min manat və ya 11,3% artımdır.
Ehtimal olunan kredit zərərlərinin bərpası sahəsində isə azalma müşahidə olunur – 2024-cü ildə bu göstərici 2 milyon 82 min manat, 2023-cü ildə isə 2 milyon 643 min manat olub, nəticədə 561 min manat və ya 21,2% azalma baş verib.
Beləliklə, xalis faiz gəliri 17 milyon 231 min manat təşkil edib. Bu da illik müqayisədə 975 min manat və ya 6,0% artım deməkdir.
Bu dövrdə təşkilatın İnzibati və əməliyyat xərcləri 13 milyon 159 min manat olub ki, bu da əvvəlki ilin 11 milyon 334 min manat göstəricisindən 1 milyon 825 min manat və ya 16,1% çoxdur.
Xarici valyutada törəmə alətlərlə xalis nəticələr sahəsində zərər 691 min manat təşkil edib Bu da öz növbəsində, 268 min manat və ya 63,4% artım deməkdir.
Müsadirə edilmiş girovların ədalətli dəyərindəki dəyişiklik üzrə zərər əvvəlki ilə nisbətən əhəmiyyətli dərəcədə azalıb – 80 min manatdan 1 min manata düşüb.
Digər gəlirlər və xərclər (xalis) 90 min manat təşkil edib. Bu isə 4 min manat və ya 4,3% azalma ilə müşayiət olunub.
Xalis qeyri-faiz zərəri 13 milyon 761 min manat olub. Bu göstərici 2023-cü ildə 11 milyon 743 min manat təşkil edib, nəticədə 2 milyon 18 min manat və ya 17,2% artım baş verib.
Hesabat ilində "Finca Azerbaijan"ın mənfəət vergisindən əvvəlki mənfəəti 3 milyon 470 min manat olub. Bu göstərici 2023-cü ildə 4 milyon 513 min manat təşkil edib, nəticədə 1 milyon 43 min manat və ya 23,1% azalma qeydə alınıb.
Mənfəət vergisi xərci 291 min manat və ya 48,1% azalma ilə 314 min manata yüksəlib.
Bu ödənişdən sonra BOKT 2024-cü ili 3 milyon 156 min manat xalis mənfəətlə başa vurub. 2023-cü ildə isə 3 milyon 908 min manat mənfəət əldə etmişdi. Bu, xalis mənfəətin 752 min manat və ya 19,2% azalması deməkdir.
İl üzrə cəmi məcmu gəlir də eyni qaydada 3 milyon 156 min manat olub 752 min manat və ya 19,2% azalıb.
Hesabat ilində "Finca Azerbaijan" 76 milyon 378 min manat cəmi aktivlərə malik olub. Aktivlər illik müqayisədə 14 milyon 465 min manat və ya 23,3% artıb.
Pul vəsaitləri və onların ekvivalentləri 8 milyon 507 min manat təşkil edib ki, bu da əvvəlki ilin 2 milyon 725 min manat göstəricisi ilə müqayisədə 5 milyon 782 min manat və ya 3,1 dəfə artım deməkdir.
Müştərilərə verilmiş kreditlər (xalis) 2024-cü ildə 63 milyon 920 min manat olub. Bu göstərici 2023-cü ildə 56 milyon 541 min manat səviyyəsində idi. Beləliklə, son bir il ərzində kredit portfelində 7 milyon 379 min manat və ya 13,1% artım qeydə alınıb.
Əmlak, avadanlıq və qeyri-maddi aktivlər 961 min manat təşkil edib, 2023-cü illə müqayisədə 350 min manat və ya 57,3% artım göstərib.
Aktivlərdən istifadə hüququ üzrə göstərici 1 milyon 19 min manat olub. Bu da əvvəlki ilin 898 min manatı ilə müqayisədə 121 min manat və ya 13,5% artım deməkdir.
Təxirə salınmış mənfəət vergisi aktivləri 2024-cü ildə 567 min manat olub, bu da 2023-cü ildəki göstəricidən 107 min manat və ya 23,3% çoxdur.
2023-cü ildə mövcud olmayan mənfəət vergisi göstəricisi bu il 529 min manat səviyyəsində olunub.
Digər aktivlər üzrə göstərici 875 min manat olub, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 147 min manat və ya 20,2% çoxdur.
Cəmi öhdəliklər 58 milyon 284 min manat olub. Bu göstərici 2023-cü ilin müqayəsi ilə 14 milyon 187 min manat və ya 32,2% artımdır.
Borc alınmış vəsaitlər 47 milyon 667 min manata bərabər olub. Bu göstərici əvvəlki ildə 31 milyon 371 min manat idi. Beləliklə illik müqayisə ilə artım 16 milyon 296 min manat və ya 52,0% təşkil edib.
Buraxılmış borc qiymətli kağızları üzrə göstərici 2024-cü ildə 7 milyon 281 min manat, 2023-cü ildə isə 9 milyon manat olub. Bu isə 1 milyon 719 min manat və ya 19,1% azalmadır.
İcarə öhdəlikləri üzrə göstərici 1 milyon 77 min manat olub, bu da illik müqayisədə 159 min manat və ya 17,3% artım deməkdir.
Digər öhdəliklər 2024-cü ildə 2 milyon 259 min manat təşkil etmiş, əvvəlki ildə isə 2 milyon 808 min manat olmuşdur. Bu da 549 min manat və ya 19,6% azalma deməkdir.
Nizamnamə kapitalı dəyişməyərək 3 milyon 756 min manat səviyyəsində qalıb.
Bölüşdürülməmiş mənfəət 14 milyon 338 min manat olub ki, bu da illik 228 min manat və ya 1,6% artım.
Cəmi kapital 2024-cü ildə 18 milyon 94 min manat, 2023-cü ildə isə 17 milyon 866 min manat olub. Fərq 228 min manat və ya 1,3% artım deməkdir.