Ötən ilin sonunda “Finans Kredit” bank olmayan kredit təşkilatı (BOKT) Məhdud Məsuliyyətli cəmiyyətinin nizamnamə kapitalı 1 milyon 55 min manat olub.
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü ilə nəzərən 414 min manat və ya 64,6% artım deməkdir. 2024-cü ildə şirkətin nizmnamə kapitalı 641 min manat idi.
Nizamnamə kapitalının artması BOKT-un payçılarının yatırımlarını artırması və yeni şəriklərin qoşulması ilə bağlıdır. Belə ki, 2024-cü ildə BOKT-un 641 min manatlıq hissəsi, - yəni 100%-i Məmmədov Rəmiyəddin Hüseyn oğluna məxsus olub. Bu il isə Məmmədov Rəmiyəddin Hüseyn oğlunun şirkətdəki payı 844 min manata yüksəlib və bu ümumi payın 80%-i qədər olub. 20%-lik, - yəni 211 min manatlıq hissə Məhəmmədbəyli Elşad Rəmiyəddin oğluna məxsus olub.













