"Bank Olmayan Kredit Təşkilatı "Azkredit" ASC 2024-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, təşkilatın 2024-cü ildə effektiv faiz metodundan istifadə etməklə hesablanmış faiz gəlirləri 727 min manat təşkil edib. Bu göstərici 2023-cü illə müqayisədə 287 min manat artıb (65,1%).
Faiz xərcləri isə 33 min manat olub, ötən illə müqayisədə 6 min manat (15,0%) azalıb.
Nəticədə, faiz gətirən aktivlər üzrə ehtimal edilən zərər üçün ehtiyatlar təmin olunmamışdan əvvəl xalis faiz gəliri 693 min manat təşkil edib, bu da əvvəlki illə müqayisədə 292 min manat (72,9%) artım demək olub.
Faiz gətirən aktivlər üzrə ehtimal edilən zərər üçün ehtiyatlar 73 min manat olub. Bu xərc ötən illə müqayisədə 51 min manat (3,3 dəfə) artıb . Nəticədə xalis faiz gəlirləri 2023-cü illə müqayisədə 242 min manat (63,7%) artımla 621 min manata yüksəlib.
Əmək haqqı və işçilərlə bağlı digər xərclər 913 min manat olub, ötən illə müqayisədə 8 min manat (0,8%) azdır.
İnzibati və əməliyyat xərcləri 195 min manata bərabər olub. 2023-cü illə müqayisədə bu göstərici 210 min manat (51,9%) azalıb.
Haqq və komissiya xərcləri 5 min manat (11,6%) artımla 44 min manata yüksəlib.
Xarici valyuta mövqeyinin dəyərləndirilməsi üzrə xalis zərər 348 manat təşkil edib. Nəticədə, bu götərici son bir il ərzində 319 manat (12 dəfə) artıb.
Digər gəlirlər 1 milyon 895 min manata bərabər olub. Bu göstərici 2023-cü illə müqayisədə 376 min manat (16,6%) azalıb.
Bütün bu göstəricilər nəzərə alındıqda, mənfəət vergisindən əvvəlki gəlir 1 milyon 364 min manata çatıb. Bu da ötən illə müqayisədə 79 min manat (6,1%) artım demək olub.
Mənfəət vergisi xərci 2023-cü illə müqayisədə 41 min manat (16,0%) azalma ilə 216 min manata düşüb.
Nəticədə, "AzKredit" BOKT il ötən il 1 milyon 148 min manat mənfəətlə başa vurub. Bu da əvvəlki illə müqayisədə 120 min manat (11,7%) çoxdur.
2024-cü ilin yekunlarına əsasən, təşkilatın cəmi aktivləri 3 milyon 198 min manat olub. Bu, 2023-cü illə müqayisədə 1 milyon 135 min manat (55,1%) çoxdur.
Pul vəsaitləri və onların ekvivalentləri ötən illə müqayisədə 54 min manat (184,3%) artaraq 83 min manat təşkil edib.
Müştərilərə verilmiş kreditlər 2 milyon 377 min manat olub. Kredit portfeli 2023-cü illə müqayisədə 510 min manat (27,3%) böyüyüb.
Əmlak, tikili və avadanlıqlar 7 min manat (80,8%) artımla 16 min manata çatıb.
Qeyri-maddi aktivlər 170 min manat olub. Son bir il ərzində bu göstərici 125 min manat (3,8 dəfə) artıb. Aktivlərdən istifadə hüququ 401 min manat olub, 380 min manat (18,7 dəfə) əhəmiyyətli dərəcədə artıb.
Təxirə salınmış mənfəət vergisi aktivi 68 min manat (2,9 dəfə) artaraq 105 min manata yüksəlib.
Digər aktivlər isə 9 min manat (16,7%) azalaraq 46 min manata düşüb.
Bu dövrdə "Azkredit"in cəmi öhdəlikləri 829 min manata bərabər olub ki, bu ötən illə müqayisədə 13 min manat (1,5%) azdır. İcarə öhdəlikləri 414 min manat olub, 391 min manat (18,1 dəfə) əhəmiyyətli dərəcədə artıb.
Buraxılmış qiymətli kağızlar 2023-cü ildə 507 min manat olub, lakin 2024-cü ildə sıfıra enib. Cari vergi öhdəliyi 116 min manat təşkil edib, 105 min manat (11,1 dəfə) artıb.
Digər öhdəliklər 299 min manat olub, 2 min manat (0,7%) azalıb.
Cəmi kapital 2 milyon 369 min manat təşkil edib, bu da 2023-cü illə müqayisədə 1 milyon 148 min manat (93,9%) artım demək olub.
Nizamnamə kapitalı 300 min manat olaraq dəyişməyib.
Bölüşdürülməmiş mənfəət 2 milyon 69 min manat olub. Bu da il ərzində 1 milyon 147 min manat (124,3%) artımdır.