Bakıda yeni bank olmayan kredit təşkilatı təsis edilib.
Eləcə də bax: Mərkəzi Bank "Azfinans" BOKT-a - Lisenziya Verib
FED.az Banker.az-a istinadən xəbər verir ki, ötən gün İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “SF Azerbaijan” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınıb.
“SF Azerbaijan” BOKT MMC Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rəhimov, ev 179A hüquqi ünvanında qeydiyyata alınıb.
Təşkilatın nizamnamə kapitalı AMB-nin BOKT-lar üçün nəzərdə tutulan minimal normativdə – 300 000 manatla qeydiyyata alınıb.
BOKT-un qanuni təmsilçisi Fuad Muradov Cəlil oğludur.
Qeyd edək ki, cari ildə “FNC Bank Olmayan Kredit Təşkilatı” MMC, “Finkapital Bank Olmayan Kredit Təşkilatı” MMC, “AzFinans” Bank Olmayan Kredit Təşkilatı MMC dövlət qeydiyyatına alınıb.