Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "SF Azerbaijan” MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.
Eləcə də bax: Azərbaycanda BOKT-ların nizamnamə kapitalına görə - RENKİNQİ
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə tənzimləyici qurum bildirir.
Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 56-ya çatıb.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "SF Azerbaijan”ı ötən ilin sentyabr ayında dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı “Muğan Bank” ASC-nin "Veraj” şöbəsinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 179, nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun – 300 min manat, qanuni təmsilçisi isə Fuad Cəlil oğlu Muradovdur.
Sözügedən ünvanda "Muğan Bank"a yaxın sayılan "MFX-Trading İnvestisiya Şirkəti" ASC və "Muğan Lizinq" MMC də fəaliyyət göstərir.