2025-ci ilin oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının cəmi kapitalı 10,3 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Kredit ittifaqlarının cəmi kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 milyon manat, yəni 9,6%, ötən ilin sonuna nəzərən isə 0,5 milyon manat, yəni 5,1% artıb.
Kapitalın artımında əsas rolu bölüşdürülməmiş xalis mənfəət oynayıb. Bu göstərici illik müqayisədə 1,2 milyon manat (66,7%), ilin əvvəlinə nəzərən isə 0,3 milyon manat (11,1%) artaraq 3,0 milyon manata çatıb.
Nizamnamə kapitalı isə 7,3 milyon manat təşkil edib. Bu, illik müqayisədə 0,3 milyon manat (3,9%) azalsa da, ilin əvvəlinə nəzərən 0,2 milyon manat (2,8%) artıb.
Xatırladaq ki, kredit ittifaqlarının cəmi kapitalı ötən ilin sonunda \ 9,8 milyon manat, 2024-cü ilin oktyabrın 1-nə isə 9,4 milyon manat təşkil edib.












