Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Muxtar Respublikanın Maliyyə Nazirliyi haqqında yeni qərar qəbul edib.
FED.az xəbər verir ki, hökumətin 22 yanvar tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin işçilərinin say həddi dəqiqləşdirilib.
Nazirliyin işçilərinin cəmi sayı 195 ştat vahidi təsdiqlənib.
Nazirliyin Aparatının işçilərinin say həddi 65, Dövlət Maliyyə Nəzarəti İdarəsinin işçilərinin say həddi 25, yerli bölmələrinin işçilərinin say həddi 98, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin işçilərinin say həddi isə 7 ştat vahidi müəyyən edilib.