Kontakt Home
Data Analitik (Elektron Kommersiya)
Son tarix 11 okt 2026 - Müraciət et
Təsvir
- Onlayn satışların əsas göstəricilərinin hesablanması: satış həcmi, gəlir, orta çek, marjinallıq, qaytarmalar, bir sifarişin gəlirliliyi;
- Trafikdən ödənilmiş sifarişə qədər olan yolun izlənməsi, harada müştəri itirdiyimizin tapılması və komandalara hazır təkliflərlə gəlməsi;
- İstifadəçilərin saytda və tətbiqdə davranışının öyrənılməsi: axtarış, kataloq, tərk edilmiş səbətlər, ödəniş prosesinin hər addımı;
- Komandalar üçün dashboard-ların hazırlanması və onların yenilənməsi, gündəlik sorğulara cavab verilməsi;
- Endirim, aksiya və reklam kampaniyalarının nəticəsinin ölçülməsi, hansı kanalın nə qədər gəlir gətirdiyinin hesablanması;
- Müştərilərin təkrar alışlarının, saxlanma səviyyəsinin və uzunmüddətli dəyərinin təhlil edilməsi, bazanın seqmentlərə bölünməsi;
- Product komandası ilə A/B testlərin qurulması, nəticələrin hesablanması və konkret qərara gətirib çıxarılması;
- Saytda və tətbiqdə hansı məlumatların toplanmasına dair tapşırıqların verılməsi, məlumatların düzgünlüyünə nəzarət edilməsi.
Tələblər
- Analitikada ən azı 2 il təcrübə, onlayn satışlarla iş təcrübəsi mütləqdir;
- Bu göstəriciləri nəzəri yox, real işdə hesablamış olmalısınız;
- Yaxşı SQL bilikləri: mürəkkəb sorğular, window funksiyaları, böyük cədvəllərlə iş Python (pandas, numpy) — təhlil və təkrarlanan işlərin avtomatlaşdırılması üçün BI alətlərindən biri ilə iş təcrübəsi (Tableau / Power BI / Superset / DataLens);
- Statistikanı iş səviyyəsində bilmək: 200 nəfər üzərində aparılan testin nəticə saymadığını anlamaq;
- Nəticəni sadə dildə izah etmək və fikrinizi əsaslandırmaq bacarığı;
- Üstünlük verilir Sayt və mobil tətbiq analitikası ilə tanış olanlara: GA4, Amplitude, AppMetrica, Firebase
- Riteyl və ya marketplace təcrübəsi;
- Reklam kanallarının qiymətləndirilməsini başa düşmək;
- Data mühəndisləri ilə iş, dbt / Airflow ilə tanışlıq.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Biznes Analitik (Elektron Kommersiya)
Son tarix 11 okt 2026 Müraciət et
Təsvir
- Daxili komandaların ehtiyaclarının toplanması və onların konkret tələblərə çevrilməsi;
- Mövcud proseslərin təsvir edilməsi, problemli yerlərin tapılması və həll variantlarının təklif edilməsi;
- Yeni funksiyalar üçün texniki tapşırıqların hazırlanması: user story-lər, qəbul şərtləri, prosesin sxemi;
- Sistemlərin bir-biri ilə əlaqəsinin işlənməsi: sayt və tətbiq, anbar, ERP, ödəniş sistemləri, çatdırılma xidmətləri, CRM;
- Proqramçılar, testçilər və product menecerlərlə birlikdə işlənməsi, tapşırığın ilk müzakirədən reliza qədər müşayiət edilməsi;
- Hazır funksiyanın qəbul edilməsi və gözlənilən nəticənin verib-vermədiyinin yoxlanılması;
- Sənədləşmənin aparılması və yenilənməsi.
Tələblər
- Biznes və ya sistem analitikası sahəsində ən azı 1 il təcrübə;
- Sayt və ya mobil tətbiq üzrə iş təcrübəsi;
- Texniki tapşırıq yazmaq bacarığı: aydın və birmənalı, proqramçının əlavə sual verməyə ehtiyacı qalmayacaq səviyyədə;
- Proses sxemlərini qurmaq (BPMN və ya bənzər yanaşma) API-lərin necə işlədiyini anlamaq, REST və JSON ilə tanışlıq;
- Əsas SQL bilikləri — məlumatı özünüzün yoxlaya bilməsi üçün Jira, Confluence və ya oxşar alətlərlə iş təcrübəsi;
- Fərqli komandalarla danışıq aparmaq və ziddiyyətli istəkləri bir yerə gətirmək bacarığı;
- Azərbaycan və rus dilləri — yüksək səviyyədə, ingilis dili — orta səviyyədə
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.













