2024-cü ilin I rübündə Naxçıvanda işləyən əhalinin sayı kəskin aşağı düşüb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Belə ki, Muxtar Respublikanın işləyən əhalisinin sayı ilk 3 ayda 59,8 min nəfər təşkil edib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 49,2 min nəfər və ya 45,1% azalma deməkdir.
Say ifadəsinə ən kəskin eniş 25,6 min nəfər (45,5%) azalma Naxçıvan şəhərində baş verib. Ən az azalma isə 1 965 nəfərlə Kəngərli və 1 977 nəfərlə Sədərək rayonlarında qeydə alınıb.
Faiz ifadəsində isə ən aşağı eniş 37,5% azalma ilə Babək, ən yüksək eniş isə 62,2% azalma ilə Sədərək rayonunda qeydə alınıb.
S/n |
Rayonlar |
I rüb, 2024 |
I rüb, 2023 |
İllik müqayisə (nəfər) |
İllik müqayisə (%) |
Naxçıvan MR |
59 778 |
108 970 |
49 192 |
45,1% |
|
1 |
Babək rayonu |
6 633 |
10 606 |
-3 973 |
-37,5% |
2 |
Kəngərli rayonu |
2 721 |
4 686 |
-1 965 |
-41,9% |
3 |
Şahbuz rayonu |
2 783 |
4 839 |
-2 056 |
-42,5% |
4 |
Şərur rayonu |
7 903 |
14 190 |
-6 287 |
-44,3% |
5 |
Naxçıvan şəhəri |
30 710 |
56 341 |
-25 631 |
-45,5% |
6 |
Culfa rayonu |
3 908 |
7 405 |
-3 497 |
-47,2% |
7 |
Ordubad rayonu |
3 918 |
7 724 |
-3 806 |
-49,3% |
8 |
Sədərək rayonu |
1 202 |
3 179 |
-1 977 |
-62,2% |