Azərbaycanda əhalinin banklarda saxladığı depozitlərin həcminə görə bankların sıralaması açıqlanıb.
FED.AZ bankların 30 iyun 2026-cı il tarixinə fiziki şəxslərin depozitlərinin həcminə görə renkinqini təqdim edir. Göstəricilər 2026-cı ilin ikinci rübünün sonuna olan vəziyyəti əks etdirir.
Renkinqin lideri Azərbaycan Beynəlxalq Bankıdır (ABB). Bankda fiziki şəxslərin depozitlərinin həcmi 3 milyard 893 milyon 804 min manat təşkil edir.
İkinci yerdə ABB-yə kifayət qədər yaxın nəticə ilə Kapital Bank qərarlaşıb. Bankda əhalinin depozitlərinin həcmi 3 milyard 708 milyon 218 min manatdır. Beləliklə, ilk iki bank arasındakı fərq cəmi 185 milyon 586 min manat təşkil edir.
Üçüncü yeri PAŞA Bank tutur. Burada fiziki şəxslərin depozitlərinin həcmi 1 milyard 854 milyon 50 min manatdır. Dördüncü yerdəki Unibank da 1 milyard manat həddini keçib – bankda əhalinin depozitləri 1 milyard 112 milyon 818 min manat təşkil edir.
Növbəti iki bankın göstəriciləri bir-birinə olduqca yaxındır. Yelo Bank 899 milyon 763 min manatlıq depozit portfeli ilə beşinci, AccessBank isə 894 milyon 13 min manatla altıncıdır. Aradakı fərq cəmi 5 milyon 750 min manatdır.
Bank of Bakuda fiziki şəxslərin depozitlərinin həcmi 828 milyon 636 min manat, XalqBankda 738 milyon 24 min manatdır. İlk onluğu Rabitəbank – 619 milyon 497 min manat və Bank Respublika – 602 milyon 328 min manatla tamamlayır.
Sonrakı yerlərdə Turan Bank – 402 milyon 437 min manat, Premium Bank – 312 milyon 366 min manat, Expressbank – 309 milyon 38 min manat, Azərbaycan Sənaye Bankı – 304 milyon 935 min manat depozit portfeli ilə qərarlaşıb.
Ziraat Bankda fiziki şəxslərin depozitləri 234 milyon 792 min manat, Azər-Türk Bankda 220 milyon 480 min manat, AFB Bankda isə 219 milyon 39 min manatdır.
Renkinqin sonrakı pillələrində Yapı Kredi Azərbaycan 103 milyon 700 min manat, VTB Bank 99 milyon 244 min manat, Bank Avrasiya isə 69 milyon 995 min manatla yer alıb.













