2026-cı ilin ilk yarısında Azərbaycanda fəaliyyət göstərən bankların bir hissəsində fiziki şəxslərin depozitləri kəskin artıb. Ayrı-ayrı banklarda artım 20-30%-i keçib, renkinqin liderində isə əhalinin depozitləri təxminən iki dəfə çoxalıb.
FED.az-ın bankların göstəriciləri əsasında hazırladığı renkinqə görə, Azərbaycanın ən böyük bankı – ölkənin bank sektorunun lideri olan ABB-də əhalinin depozitləri 3 milyard 404 milyon 277 min manatdan 3 milyard 893 milyon 804 min manata çatıb. Artım 489 milyon 527 min manat və ya 14,4% təşkil edib.
Ümumilikdə isə fiziki şəxslərin depozitlərinin artım tempinə görə AFB Bank birinci yerdədir.
2025-ci ilin sonunda bankda fiziki şəxslərin depozitlərinin həcmi 114 milyon 173 min manat olduğu halda, 30 iyun 2026-cı ildə bu göstərici 219 milyon 39 min manata yüksəlib. Beləliklə, cəmi 6 ayda əhalinin bankdakı depozitləri 104 milyon 866 min manat və ya 91,8% artıb.
İkinci ən yüksək dinamika VTB Bankda qeydə alınıb. Fiziki şəxslərin depozitləri 75 milyon 262 min manatdan 99 milyon 244 min manata yüksəlib. Artım 23 milyon 982 min manat və ya 31,9% təşkil edib.
Üçüncü yerdə Bank of Baku qərarlaşıb. Bankda əhalinin depozitləri 669 milyon 360 min manatdan 828 milyon 636 min manata çatıb. Nəticədə portfel 159 milyon 276 min manat və ya 23,8% böyüyüb.
Sonrakı yerləri Ziraat Bank – 22,3% və Expressbank – 19% artımla tutur. Ziraat Bankda fiziki şəxslərin depozitləri 42 milyon 865 min manat, Expressbankda isə 49 milyon 291 min manat artıb.
Maraqlı məqam isə iri bankların göstəriciləridir. Faizlə artım renkinqində altıncı olan Kapital Bank əslində manat ifadəsində ən böyük artımı göstərib. Bankda fiziki şəxslərin depozitləri 3 milyard 136 milyon 824 min manatdan 3 milyard 708 milyon 218 min manata yüksəlib. Altı ay ərzində artım 571 milyon 394 min manat və ya 18,2% olub.
ABB-də isə əhalinin depozitləri 3 milyard 404 milyon 277 min manatdan 3 milyard 893 milyon 804 min manata çatıb. Artım 489 milyon 527 min manat və ya 14,4% təşkil edib.
Beləliklə, faiz ifadəsində ən sürətli artımı AFB Bank göstərsə də, əhalidən ən böyük məbləğdə əlavə depozit cəlb edən bank Kapital Bank olub.













