Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin iclasında Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov iqtisadi aktivlik göstəriciləri, 2024-cü ilin büdcəsinin gəlirlərinin icra vəziyyəti və 2025-ci ilin proqnoz göstəriciləri barədə məlumat verib.
FED.az xəbər verir ki, Abbas İsmayılov bildirib ki, 2025-ci il üzrə Ümumi Daxili Məhsul 1,5 milyard manat proqnozlaşdırılıb ki, bu da 2024-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 3,9 faiz çoxdur.
Nazir müavini əlavə edib ki, 2025-ci ildə ÜDM-nin strukturunda bütün sahələrdə artım nəzərdə tutulub. Sənaye məhsulu üzrə 3,7 faiz, kənd təsərrüfatı məhsulu üzrə 2,5 faiz, əsas kapitala yönəldilmiş vəsaitlərin strukturunda tikinti-quraşdırma işləri üzrə 10,5 faiz artım proqnozlaşdırılıb.