Naxçıvan Muxtar Respublikasının 2024-cü il üzrə dövlət büdcəsi haqqında qanun layihəsi Naxçıvan MR Nazirlər Kabineti tərəfindən Ali Məclisə təqdim olunub.
FED.az xəbər verir ki, artıq büdcə layihəsi Ali Məclisin rəsmi orqanı olan "Şərq qapısı" qəzetində dərc edərək ictimai müzakirəyə çıxarılıb.
Qeyd edək ki, Naxçıvan MR-in dövlət büdcəsniin ictimai müzakirəyə çıxarılması ilk dəfədir.
Layihəyə əsasən 2024-cü ildə Naxçıvan MR-in büdcəsinin gəlirləri 173,1 milyon manat, xərcləri isə bundan 3 dəfə artıq – 516,4 milyon manat nəzərdə tutulub. Çatışmayan hissə – 343,3 milyon manat Naxçıvana dotasiya kimi veriləcək.
Bu il Naxçıvan dövlət büdcəsinin gəlirlərinin əsas mənbəyi vergilər olacaq. Ən çox vəsait ƏDV-dən – 51,35 milyon manat, aksizlərdən 49,2 milyon manat, eləcə də fiziki şəxslərin gəlir vergisindən 41,6 milyon manat daxil olacaq. Gələn il şirkətlərin mənfəət vergisindən isə Naxçıvan büdcəsinə 8,2 milyon manat daxil olacaq.
2024-cü ildə Naxçıvanda büdcənin ən böyük xərcləri təhsilə (160 milyon manat) və məhkəmə-hüquq mühafizə orqanları-prokurorluğa (88 milyon manat) xərclənəcək.
Dövlət idarəetməsi xərcləri 71 milyon manat olacaq. Eləcə də gələn il Naxçıvanda səhiyyəyə 11 milyon manat, sosial təminata 9 milyon manat ayrılacaq.
2024-də iqtisadi fəaliyyətə (yəni dövlət tərəfindən yatırımlara) 54 milyon manat, kənd təsərrüfatına 47 milyon manat ayrılacaq.
Naxçıvan Muxtar Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri :
Sıra №-si |
Gəlirlərin mənbələri |
Məbləğ (manatla) |
2.1. |
Fiziki şəxslərin gəlir vergisi |
41 590 000,0 |
2.2. |
Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi |
8 200 000,0 |
2.3. |
Hüquqi şəxslərin tоrpaq vergisi |
300 000,0 |
2.4. |
Hüquqi şəxslərin əmlak vergisi |
1 900 000,0 |
2.5. |
Əlavə dəyər vergisi |
51 350 000,0 |
2.6. |
Sadələşdirilmiş vergi |
3 690 000,0 |
2.7. |
Aksizlər |
49 208 000,0 |
2.8. |
Yоl vergisi |
5 000 000,0 |
2.8.1. |
Xarici dövlətlərdə qeydiyyatda olan avtоnəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yоl vergisi |
5 000 000,0 |
2.9. |
Mədən vergisi |
1 200 000,0 |
2.10. |
Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar |
140 000,0 |
2.11. |
Dövlət rüsumu |
6 387 000,0 |
2.12. |
Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilоlmalar |
4 030 000,0 |
2.13. |
Sair daxilolmalar |
110 000,0 |
Naxçıvan Muxtar Respublikasının 2024-cü il dövlət büdcəsinin xərcləri:
Sıra №-si |
Xərclərin istiqamətləri |
Məbləğ (manatla) |
4.1. |
Ümumi dövlət xidmətləri |
74 900 374,0 |
4.1.1. |
qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının fəaliyyəti |
71 756 868,0 |
4.1.2. |
elm |
3 143 506,0 |
4.2. |
Məhkəmə hakimiyyəti, hüquqmühafizə və prоkurоrluq |
88 675 725,0 |
4.2.1. |
məhkəmə hakimiyyəti |
10 311 105,0 |
4.2.2. |
Hüquqmühafizə |
71 490 518,0 |
4.2.3. |
Prоkurоrluq |
6 720 490,0 |
4.2.4. |
hüquqi yardım |
153 612,0 |
4.3. |
Təhsil |
160 831 186,0 |
4.3.1. |
məktəbəqədər təhsil |
10 193 650,0 |
4.3.2. |
ümumi təhsil |
115 626 359,0 |
4.3.3. |
peşə təhsili |
2 564 592,0 |
4.3.4. |
orta ixtisas təhsili |
3 492 270,0 |
4.3.5. |
təhsil sahəsində digər müəssisə və tədbirlər |
28 954 315,0 |
4.4. |
Səhiyyə |
11 937 343,0 |
4.4.1. |
xəstəxanalar |
6 232 949,0 |
4.4.2. |
səhiyyə sahəsində proqramlar və digər xidmətlər |
5 704 394,0 |
4.5. |
Sоsial müdafiə və sоsial təminat |
9 136 226,0 |
4.5.1. |
sоsial müdafiə |
416 866,0 |
4.5.2. |
sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlər |
8 719 360,0 |
4.6. |
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət |
25 800 855,0 |
4.6.1. |
mədəniyyət və incəsənət sahəsində fəaliyyət |
17 891 230,0 |
4.6.2. |
televiziya, radio və nəşriyyat |
5 318 231,0 |
4.6.3. |
bədən tərbiyəsi və gənclər siyasəti |
618 195,0 |
4.6.4. |
yaradıcı ittifaq, cəmiyyət və dini tədbirlər |
402977,0 |
4.6.5. |
mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər müəssisə və tədbirlər |
1 570 222,0 |
4.7. |
Mənzil və kommunal təsərrüfatı |
18 632 520,0 |
4.7.1. |
mənzil təsərrüfatı |
805 211,0 |
4.7.2. |
kommunal təsərrüfatı |
14 266 343,0 |
4.7.3. |
mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər |
3 560 966,0 |
4.8. |
Kənd təsərrüfatı |
47 130 951,0 |
4.8.1. |
kənd təsərrüfatı tədbirləri |
11 989 753,0 |
4.8.2. |
baytarlıq |
3 267 042,0 |
4.8.3. |
meliorasiya |
31 874 156,0 |
4.9. |
Ətraf mühitin mühafizəsi |
15 536 745,0 |
4.9.1. |
bioloji zənginliyin qorunması |
599 130,0 |
4.9.2. |
torpaq və yerquruluşu |
820 000,0 |
4.9.3. |
hidrometeorologiya tədbirləri |
1 657 102,0 |
4.9.4. |
meşə təsərrüfatı |
752 850,0 |
4.9.5. |
ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsi |
11 262 163,0 |
4.9.6. |
ətraf mühitin mühafizəsi sahəsinə aid edilən digər xidmətlər |
445 500,0 |
4.10. |
İqtisadi fəaliyyət |
54 075 586,0 |
4.10.1. |
nəqliyyat və rabitə |
17 115 763,0 |
4.10.2. |
İqtisadi və kommersiya fəaliyyəti |
1 209 823,0 |
4.10.3. |
tikinti və şəhərsalma |
22 000 000,0 |
4.10.3.1. |
dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) |
22 000 000,0 |
4.10.4. |
geodeziya və faydalı qazıntılar |
500 000,0 |
4.10.5. |
yanacaq və enerji kompleksi |
10 000 000,0 |
4.10.6. |
iqtisadi fəaliyyət ilə bağlı digər xidmətlər |
3 250 000,0 |
4.11. |
Əsas bölmələrə aid edilməyən xərclər |
9 707 489,0 |
4.11.1. |
ehtiyat fondları |
2 000 000,0 |
4.11.1.1. |
Naxçıvan Muxtar Respublikasının Ehtiyat Fоndu |
2 000 000,0 |
4.11.2. |
məqsədli büdcə fоndları |
5 870 000,0 |
4.11.2.1. |
“Avtоmоbil Yоlları” Məqsədli BüdcəFоndu |
5 870 000,0 |
4.11.3. |
əsas bölmələrə aid edilməyən tədbirlər üzrə digər fəaliyyət |
1 837 489,0 |
4.11.3.1. |
fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər |
1 000 000,0 |
4.11.3.2. |
digər tədbirlər üzrə xərclər |
837 489,0 |