Azərbaycanda müxtəlif rayonlarda yerləşən torpaq sahələri satış və uzunmüddətli icarə üçün hərraca çıxarılır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, torpaq müsabiqə və hərracları 23 sentyabr 2026-cı il saat 15:00-da keçiriləcək.
Hərrac və müsabiqəyə ümumilikdə 19 torpaq sahəsi çıxarılıb. Bunlardan 3-ü satışa, qalan 16-sı isə 15 il müddətinə icarəyə təklif edilir.
Satışa çıxarılan torpaqların sahəsi 330–600 kvadratmetr, ilkin satış qiymətləri isə 2 640 manatdan 12 000 manatadək dəyişir.
İcarəyə təklif olunan torpaqların sahəsi 0,77 hektardan 18,5 hektaradəkdir. Torpaqların bir illik icarə haqqı isə 84,70 manatdan 7 050 manatadək dəyişir. Ən yüksək məbləğ – 7 050 manat Göygöl rayonunda dağ-mədən istismarı üçün müsabiqəyə çıxarılan 6,2392 hektarlıq torpaq sahəsinə aiddir. Kənd təsərrüfatı üçün icarəyə verilən sahələrdə illik icarə haqqı 84,70 manatdan 1 905 manatadəkdir.
Torpaq sahələri Siyəzən, Göygöl, Kürdəmir, Ucar, Ağstafa, Şabran, Beyləqan, Ağsu və Zaqatala rayonlarında yerləşir.
Hərraca çıxarılan torpaqların əsas hissəsi kənd təsərrüfatı təyinatlıdır. Sahələr əkinçiliyin inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlıq məqsədilə icarəyə verilir.
Bununla yanaşı, üç torpaq sahəsi fərdi yaşayış evinin tikintisi, bir torpaq sahəsi isə dağ-mədən istismarı işlərinin aparılması üçün nəzərdə tutulub.
Satışa çıxarılan ən böyük torpaq Kürdəmir rayonunun Atakişili kəndində yerləşir. 600 kvadratmetr sahəsi olan torpağın ilkin hərrac qiyməti 12 000 manat, hərrac addımı isə 600 manatdır. Torpaq fərdi yaşayış evinin tikintisi üçün satılır.
Kürdəmir rayonunun Xırdapay kəndində fərdi yaşayış evi üçün nəzərdə tutulan 500 kvadratmetrlik torpaq 7 500 manatdan, Şabran rayonunun Sumaqoba kəndindəki 330 kvadratmetrlik sahə isə 2 640 manatdan hərraca çıxarılır.
İcarəyə verilən torpaqlar arasında sahəsinə görə ən böyüyü Şabran rayonunun Xəlfələr kəndində yerləşir. 18,5 hektarlıq əkin sahəsi 15 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün icarəyə verilir. Bir illik ilkin icarə haqqı 1 905 manatdır.
Ağstafanın Köçəskər kəndində 8,04 hektar, Ucarın Kürkənd kəndində 5 hektar, Beyləqanın Əmirzeyidli kəndində 4 hektar torpaq heyvandarlıq məqsədilə 15 illik icarəyə çıxarılıb.
Ağsu rayonunun Cəfərli kəndində isə əkinçiliyin inkişafı üçün 2 hektar, 2,5 hektar və 5 hektar olmaqla üç ayrı torpaq sahəsi təklif edilir. Onların illik icarə haqları müvafiq olaraq 200 manat, 250 manat və 500 manatdır.
Siyəzən rayonunun Balaca Həmyə kəndində əkinçilik üçün icarəyə verilən 0,77 hektarlıq sahənin illik icarə haqqı 84,70 manatdır. Bu, siyahıda icarəyə təklif edilən torpaqlar arasında ən aşağı illik məbləğdir.
Digər maraqlı təklif Göygöl rayonunun Tülalar kəndindədir. Burada 6,2392 hektarlıq torpaq sahəsi dağ-mədən istismarı işlərinin aparılması üçün 15 illik icarəyə müsabiqəyə çıxarılır. İllik icarə haqqı 7 050 manatdır.
Hərrac və müsabiqələrdə iştirak etmək istəyən şəxslərin ərizələri 24 avqust–21 sentyabr 2026-cı il tarixlərində qəbul edilir. Torpaq sahələri və bağlanacaq müqavilələrin layihələri ilə 22 sentyabr 2026-cı ilədək Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq ərazi şöbələrində tanış olmaq mümkündür.
Satış və icarəyə çıxarılan torpaq sahələri
23 sentyabr 2026-cı il saat 15:00-da torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi haqqında məlumat
| Torpaq müsabiqə və hərracları 23 sentyabr 2026-cı il saat 15:00-da keçiriləcəkdir. | ||||||||||
| (Ərizələr 24 avqust - 21 sentyabr 2026-cı il tarixlərində qəbul edilir) |
| Sıra № si | Torpağı müsabiqə və ya hərraclara çıxaran hüquqi şəxs (bələdiyyə) | Müsabiqə və ya hərrac | Müsabiqə və ya hərracın keçirildiyi yer və əlaqə telefonu | Müsabiqə və ya hərraca çıxarılan torpaq sahəsi və satıcı ilə bağlanacaq müqavilənin layihəsi ilə tanış olma tarixi, vaxtı və ünvanı | Sahəsi (kv.m və ya ha.), satılır və ya icarəyə verilir (icarə ili) | Satışda-normativ qiymət, icarədə icarə haqqının aşağı həddi (manatla) | Hərracda ilkin qiymət, hərrac addımı və ya müsabiqədə qiymət, icarədə bir illik icarə haqqı (manatla) | Hansı məqsəd üçün satılır və ya icarəyə verilir | Kateqoriya, uqodiya (təsərrüfat yeri) növü, keyfiyyət qrupu, şəhərlərdə və rayon mərkəzlərində zona | Torpaq üzərində hüququ təsdiq edən sənədin nömrəsi, çıxarışın nömrəsi və tarixi |
| 1 | Siyəzən rayonu Həmyə Bələdiyyəsi (Balaca Həmyə kəndi) | Hərrac | ƏMDX-nin Sumqayıt ərazi şöbəsi, Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12 Tel: (018) 654 47 97 | 22 sentyabr 2026-cı il tarixinədək Sumqayıt ərazi şöbəsi | 1.06 ha İcarə (15 il) | 0.09 | 116.60 6.00 | Kənd təsərrüfatı (Əkinçiliyin inkişafı) | Kənd təsərrüfatı təyinatlı torpaqlar II qrup Bonitet balı 68 Əkin | 305012001766 |
| 2 | Siyəzən rayonu Həmyə Bələdiyyəsi (Balaca Həmyə kəndi) | Hərrac | ƏMDX-nin Sumqayıt ərazi şöbəsi, Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12 Tel: (018) 654 47 97 | 22 sentyabr 2026-cı il tarixinədək Sumqayıt ərazi şöbəsi | 0.77 ha İcarə (15 il) | 0.06 | 84.7 4.25 | Kənd təsərrüfatı (Əkinçiliyin inkişafı) | Kənd təsərrüfatı təyinatlı torpaqlar II qrup Bonitet balı 68 Əkin | 305012001765 |
| 3 | Göygöl rayonu Topalhəsənli Bələdiyyəsi (Tülalar kəndi) | müsabiqə | ƏMDX-nin Gəncə ərazi şöbəsi, Gəncə şəhəri, H.Əliyev meydanı, İnzibati bina Tel:(022) 256 87 57 | 22 sentyabr 2026-cı il tarixinədək Gəncə ərazi şöbəsi | 6.2392 İcarə (15 il) | 4.37 | 7050 | Dağ-mədən istismarı işlərinin aparılması | Sənaye,nəqliyyat,rabitə,müdafiə və diğər təyinatlı torpaqlar | 508012001319 |
| 4 | Kürdəmir rayonu Atakişili Bələdiyyəsi (Atakişili kəndi) | Hərrac | ƏMDX-nin Ucar ərazi şöbəsi, Ucar şəhəri, H.Əliyev pr.28 Tel:(020) 2130113 |
22 sentyabr 2026-cı il tarixinədək Ucar ərazi şöbəsi | 600 kv.m Satılır | 77.30 | 12000.00 600.00 | Fərdi yaşayış evi | Yaşayış məntəqələrinin torpaqları | 906012001242 |
| 5 | Kürdəmir rayonu Xırdapay Bələdiyyəsi (Xırdapay kəndi) | Hərrac | ƏMDX-nin Ucar ərazi şöbəsi, Ucar şəhəri, H.Əliyev pr.28 Tel:(020) 2130113 |
22 sentyabr 2026-cı il tarixinədək Ucar ərazi şöbəsi | 500 kv.m Satılır | 64.42 | 7500.00 375.00 | Fərdi yaşayış evi | Yaşayış məntəqələrinin torpaqları | 906012001264 |
| 6 | Kürdəmir rayonu Şilyan-Qarabucaq Bələdiyyəsi (Qarabucaq qəsəbəsi) | Hərrac | ƏMDX-nin Ucar ərazi şöbəsi, Ucar şəhəri, H.Əliyev pr.28 Tel:(020) 2130113 |
22 sentyabr 2026-cı il tarixinədək Ucar ərazi şöbəsi | 3.0 ha İcarə (15 il) | 23.40 | 501.00 25.00 | Kənd təsərrüfatı məhsullarının istehsalı | Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 43 Əkin | 906012001165 |
| 7 | Kürdəmir rayonu Mollakənd Bələdiyyəsi (Çərtəyəz kəndi) | Hərrac | ƏMDX-nin Ucar ərazi şöbəsi, Ucar şəhəri, H.Əliyev pr.28 Tel:(020) 2130113 |
22 sentyabr 2026-cı il tarixinədək Ucar ərazi şöbəsi | 1.0 ha İcarə (15 il) | 1.08 | 120.00 6.00 | Kənd təsərrüfatı (Heyvandarlıq) | Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 53 Örüş | 906012001254 |
| 8 | Ucar rayonu Qaracallı Bələdiyyəsi (Kürkənd kəndi) | Hərrac | ƏMDX-nin Ucar ərazi şöbəsi, Ucar şəhəri, H.Əliyev pr.28 Tel:(020) 2130113 |
22 sentyabr 2026-cı il tarixinədək Ucar ərazi şöbəsi | 5.0 ha İcarə (15 il) | 5.04 | 600.00 30.00 | Kənd təsərrüfatı (Heyvandarlıq) | Kənd təsərrüfatı təyinatlı torpaqlar IV qrup Bonitet balı 30 Örüş | 904012001349 |
| 9 | Ağstafa rayonu Köçəsgər Bələdiyyəsi (Köçəskər kəndi) | Hərrac | ƏMDX-nin Qazax ərazi şöbəsi, Tovuz şəhəri, Şəhriyar küçəsi 3, Tel:(022) 315 43 19 | 22 sentyabr 2026-cı il tarixinədək Qazax ərazi şöbəsi | 8.04 ha İcarə (15 il) | 5.79 | 810.00 20.00 | Kənd təsərrüfatı (Heyvandarlıq) | Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 56 Örüş | 502012001150 |
| 10 | Şabran rayonu Gəndov Bələdiyyəsi (Pirəmsən kəndi) | Hərrac | ƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 72 | 22 sentyabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi | 1.9 ha İcarə (15 il) | 20.30 | 285.00 29.00 | Kənd təsərrüfatı məhsullarının istehsalı | Kənd təsərrüfatı təyinatlı torpaqlar II qrup Bonitet balı 72 Əkin | 304012002636 Elektron çıxarış 20.06.2026 |
| 11 | Şabran rayonu Pirəbədil Bələdiyyəsi (Sumaqoba kəndi) | Hərrac | ƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 72 | 22 sentyabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi | 330 kv.m satılır | 46.16 | 2640.00 132.00 | Fərdi yaşayış evi | Yaşayış məntəqələrinin torpaqları | 304012002539 |
| 12 | Şabran rayonu Pirəbədil Bələdiyyəsi (Zağlı kəndi) | Hərrac | ƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 72 | 22 sentyabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi | 2.0 İcarə (15 il) | 13.68 | 202.00 20.00 | Kənd təsərrüfatı (Heyvandarlıq) | Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 60 Örüş | 304012002639 |
| 13 | Şabran rayonu Pirəbədil Bələdiyyəsi (Zağlı kəndi) | Hərrac | ƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 72 | 22 sentyabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi | 4.1 İcarə (15 il) | 28.04 | 414.00 41.00 | Kənd təsərrüfatı məhsullarının istehsalı | Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 60 Əkin | 304012002617 |
| 14 | Şabran rayonu Pirəbədil Bələdiyyəsi (Xəlfələr kəndi) | Hərrac | ƏMDX-nin Xaçmaz ərazi şöbəsi, Xaçmaz rayonu, Orxan Çobanov küçəsi,11 Tel: (023) 325 39 72 | 22 sentyabr 2026-cı il tarixinədək Xaçmaz ərazi şöbəsi | 18.5 İcarə (15 il) | 197.58 | 1905.00 191.00 | Kənd təsərrüfatı məhsullarının istehsalı | Kənd təsərrüfatı təyinatlı torpaqlar II qrup Bonitet balı 74 Əkin | 304012002620 |
| 15 | Beyləqan rayonu Qəhrəmanlı Bələdiyyəsi (Əmirzeyidli kəndi) | Hərrac | ƏMDX-nin Beyləqan ərazi şöbəsi, Beyləqan rayonu S.İmrəliyev küçəsi 95 Tel:(021) 225 16 24 | 22 sentyabr 2026-cı il tarixinədək Beyləqan ərazi şöbəsi | 4.0 ha İcarə (15 il) | 9.12 | 1100.00 110.00 | Kənd təsərrüfatı (Heyvandarlıq) | Kənd təsərrüfatı təyinatlı torpaqlar III qrup Bonitet balı 57 Örüş | 607012001992 |
| 16 | Ağsu rayonu Kəndoba Bələdiyyəsi (Cəfərli kəndi) | Hərrac | ƏMDX-nin Şamaxı ərazi şöbəsi, Şamaxı şəhəri, H.Məmmədov küç.97 Tel:(020) 265 10 76 | 22 sentyabr 2026-cı il tarixinədək Şamaxı ərazi şöbəsi | 2.5 ha İcarə (15 il) | 19.50 | 250.00 12.50 | Kənd təsərrüfatı (Əkinçiliyin inkişafı) | Ehtiyat fondu torpaqlar III qrup Bonitet balı 54 Əkin | 409012001519 |
| 17 | Ağsu rayonu Kəndoba Bələdiyyəsi (Cəfərli kəndi) | Hərrac | ƏMDX-nin Şamaxı ərazi şöbəsi, Şamaxı şəhəri, H.Məmmədov küç.97 Tel:(020) 265 10 76 | 22 sentyabr 2026-cı il tarixinədək Şamaxı ərazi şöbəsi | 2.0 ha İcarə (15 il) | 15.60 | 200.00 10.00 | Kənd təsərrüfatı (Əkinçiliyin inkişafı) | Ehtiyat fondu torpaqlar III qrup Bonitet balı 54 Əkin | 409012001520 |
| 18 | Ağsu rayonu Kəndoba Bələdiyyəsi (Cəfərli kəndi) | Hərrac | ƏMDX-nin Şamaxı ərazi şöbəsi, Şamaxı şəhəri, H.Məmmədov küç.97 Tel:(020) 265 10 76 | 22 sentyabr 2026-cı il tarixinədək Şamaxı ərazi şöbəsi | 5.0 ha İcarə (15 il) | 39.00 | 500.00 25.00 | Kənd təsərrüfatı (Əkinçiliyin inkişafı) | Ehtiyat fondu torpaqlar III qrup Bonitet balı 54 Əkin | 409012001521 |
| 19 | Zaqatla rayonu Gözbarax Bələdiyyəsi (Mamrux kəndi) | Hərrac | ƏMDX-nin Şəki ərazi şöbəsi, Şəki şəhəri, H.Əliyev pros. 9A Tel:(024) 244 26 12 | 22 sentyabr 2026-cı il tarixinədək Şəki ərazi şöbəsi | 0.93 ha İcarə (15 il) | 16.74 | 288.00 14.00 | Kənd təsərrüfatı məhsullarının istehsalı | Kənd təsərrüfatı təyinatlı torpaqlar II qrup Bonitet balı 65 Əkin | 402012003430 |
| Qeyd: Müsabiqə və hərraca çıxarılmış bələdiyyə torpaqları ilə bağlı məlumat almaq üçün müvafiq bələdiyyəyə müraciət oluna bilər. |












