Dövlət Neft Şirkəti – SOCAR-da yeni təyinat var.
FED.az xəbər verir ki, Orxan Əliyev SOCAR-ın törəmə strukturu olan “SOCAR Upstream Management International” MMC-də Upstream portfeli üzrə İnsan Resursları Direktoru təyin edilib.
Xatırladaq ki, indiyədək Orxan Əliyev digər neft şirkəti olan “Bahar Energy” əməliyyat şirkətində İnsan Resursları üzrə direktoru vəzifəsində çalışıb.
O yeni vəzifəsində SOCAR-ın upstream portfeli üzrə HR siyasətinin formalaşdırılması və idarə olunmasına cavabdeh olacaq.
O.Əliyev yeni rolunun 21 upstream layihə və əməliyyat şirkəti üzrə HR rəhbərliyi və idarəetməsini əhatə etdiyini bildirib.












