Sahibkarlığın İnkişafı Fondunun vəsaitinin səmərəli yerləşdirilməsi məqsədilə 2025-ci il üçün iqtisadiyyatın sahələri və iqtisadi rayonlar üzrə prioritet istiqamətlər müəyyən olunub.
Güzəştli kreditlərin 72 faizi regionlara verilib - MƏBLƏĞLƏR
Fondun məlumatına görə, prioritet istiqamətlər aşağıdakılardır:
- istehsal, emal və xidmət sahələrinin dəstəklənməsi;
- qeyri-neft sənaye sahələrinin inkişafı üzrə istehsal və emal (o cümlədən aqrar emal) yönümlü layihələrin dəstəklənməsi;
- kənd təsərrüfatı sahəsinin inkişafı üzrə istehsal yönümlü layihələrin dəstəklənməsi;
- logistik xidmət layihələrinin dəstəklənməsi;
- anbar komplekslərinin yaradılması yönümlü layihələrin dəstəklənməsi;
- turizmin inkişafı üzrə layihələrin dəstəklənməsi (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna);
- balıqçılıq və akvakultura, həmçinin akvaponika təsərrüfatlarının yaradılması yönümlü layihələrin dəstəklənməsi;
- yaşıl, rəqəmsal inkişaf və innovasiya yönümlü layihələrin dəstəklənməsi;
- kütləvi informasiya vasitələrinin inkişafı yönümlü layihələrin dəstəklənməsi;
- təhsil sahəsi üzrə layihələrin dəstəklənməsi;
- tibb sahəsi üzrə layihələrin dəstəklənməsi;
- xidmət sahələri üzrə layihələrin dəstəklənməsi;
- mədəniyyət və yaradıcı sənayenin inkişafı yönümlü layihələrin dəstəklənməsi.