Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin hesabatlarına əsasən hazırda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) hədəflərindən yalnız təxminən 17%-i hazırda nəzərdə tutulan templə gedir, 83%-ə yaxını isə ya çox ləng irəliləyir, ya durğunluq yaşayır, ya da geriyə doğru gedir.
Azərbaycanda iqtisadi artım dayanıb – RƏSMİ MƏLUMAT - RƏQƏMLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun illik toplantıları çərçivəsində "Dayanıqlı İnkişaf Məqsədləri üzrə 8-ci Dialoq: Dayanıqlı İnkişafın Maliyyələşdirilməsi üçün İnnovativ Həllər – Yardım və Ənənəvi Rəsmi İnkişafa Yardımdan (RİY) Kənar" adlı panel müzakirədə iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov deyib.
Onun sözlərinə görə, qlobal inkişaf çağırışları da güclənməkdə davam edir:
"İqlimlə bağlı fəlakətlərin həm tezliyi, həm də iqtisadi təsirləri artır. Biomüxtəlifliyin itirilməsi miqyası böyük olaraq qalır və qlobal miqyasda növlərin təxminən 10-12%-i məhv olmaq təhlükəsi altındadır. İnfrastruktur boşluqları, ərzaq təhlükəsizliyi, su qıtlığı, enerjiyə keçid xərcləri və aşağı sosial bərabərlik həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan iqtisadiyyatlara ciddi təzyiq göstərməkdə davam edir".
"Bu fonda, maliyyələşmə məsələsi qlobal miqyasda Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında mərkəzi rola çevrilib. Hazırkı qiymətləndirmələrə görə, Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşməsindəki çatışmazlıq illik təxminən 4 trilyon ABŞ dollarına çatıb. Xüsusilə dayanıqlı infrastruktur, təmiz enerji, iqlimə uyğunlaşma, su sistemləri, rəqəmsal transformasiya və dözümlü şəhər inkişafı kimi sahələrdə ciddi maliyyə qıtlığı qalmaqdadır.
Eyni zamanda, artıq qeyd edildiyi kimi, ənənəvi rəsmi inkişaf yardımları getdikcə daha da məhdudlaşır, bir çox orta gəlirli ölkələr isə güzəştli maliyyə mexanizmlərinə çıxışın məhdud olması ilə qarşılaşmağa davam edir. Bu dəyişən qlobal mühit dayanıqlı inkişafın necə maliyyələşdirilməsində əsaslı (fundamental) dəyişikliklər tələb edir", - deyə o, əlavə edib.
Nazirin müşaviri bildirib ki, artan borc həssaslığı, geosiyasi parçalanmalar, inflyasiya təzyiqi və məhdudlaşdırıcı fiskal məkan bir çox ölkələrin dayanıqlı inkişaf məqsədlərini maliyyələşdirmək imkanlarını getdikcə daha çox məhdudlaşdırır:
"Yoxsulluq, bərabərsizlik, işsizlik, mühüm xidmətlərə qeyri-bərabər çıxış daxil olmaqla sosial problemlər və digər ölkələr, qlobal dayanıqlıq çağırışlarının həllində kollektiv beynəlxalq fəaliyyətin vacibliyini bir daha nümayiş etdirir.
Bu baxımdan, qarışıq maliyyələşmə, yaşıl maliyyələşmə, İslam maliyyəsi, rəqəmsal maliyyə, dayanıqlı kapital bazarı alətləri və dövlət-özəl tərəfdaşlığı daxil olmaqla innovativ maliyyələşmə alətləri getdikcə daha mühüm vasitələrə çevrilir".















