“İnternational Leasing” Açıq Səhmdar Cəmiyyəti (ASC) rəhbərlikdəki dəyişikliyi və nizamnamə kapitalının iki dəfə artırılması ilə fəaliyyətində yeni mərhələyə qədəm qoyur. Belə ki, Aqşin Allahverdiyev ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
FED.AZ xəbər verir ki, yeni rəhbər təyinatı ilə yanaşı həyata keçirilən bu dəyişiklik şirkətin fəaliyyətinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Yeni təyinatla yanaşı, Cəmiyyətin nizamnamə kapitalı 1 milyon manatdan 2 milyon manata çatdırılıb. Beləliklə, kapitalın həcmi 1 milyon manat yəni 100 faiz artırılıb.
Qeyd edək ki, bu, lizinq sektorunda fəaliyyət göstərən şirkətlər üçün kapital bazası biznesin inkişafını dəstəkləyən mühüm amillərdən biridir. Daha geniş kapital bazası yeni layihələrin dəyərləndirilməsi, fəaliyyət imkanlarının artırılması və uzunmüddətli inkişafın maliyyə əsaslarının möhkəmləndirilməsi üçün zəmin yarada bilər. Bu baxımdan, “İnternational Leasing” ASC-nin nizamnamə kapitalını iki dəfə artırması şirkətin inkişafı ilə bağlı diqqətçəkən dəyişiklikdir.
Lizinq xidmətləri sahibkarların və müəssisələrin ehtiyac duyduqları aktivləri əldə etməsində istifadə olunan maliyyələşmə vasitələrindəndir. Bu mexanizm biznesə avadanlıq, texnika və digər aktivlərdən istifadə etməyə, ödənişlərini isə müqavilə şərtlərinə uyğun planlaşdırmağa imkan verir. Buna görə lizinq şirkətlərinin fəaliyyət imkanlarının genişlənməsi biznesin maliyyələşmə seçimləri baxımından da əhəmiyyət kəsb edir.
Beləliklə, yeni rəhbər təyinatı və nizamnamə kapitalının artımı şirkətin qarşıdakı dövrdə davamlı inkişafının təmin edilməsi istiqamətində atılan mühüm addımlardan biridir.






![“İnternational Leasing” ASC yeni sədrlə fəaliyyətini genişləndirir – [red]Nizamnamə kapitalı 2 milyon manata çatdı[/red] | FED.az](/upload/news/small/1283353.png)
![“İnternational Leasing” ASC yeni sədrlə fəaliyyətini genişləndirir – [red]Nizamnamə kapitalı 2 milyon manata çatdı[/red] | FED.az](/upload/news/small/46094.png)







