DİN-nin Maddi -Texniki Təminat Baş İdarəsi (VÖEN: 1500281641) yeni tender elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində Şuşa Rayon Polis Şöbəsinin inzibati binasının tikintisi nəzərdə tutulur.
Tenderin ehtimal olunan qiyməti 8 milyon 838 min 93 manatdır.
Tenderdə iştirak haqqı 1 500 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Əbdüllətif Quliyev - Baş mühəndis - sektor müdiri / [email protected] / +994 50 706 03 40













