Bu ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 2 milyard 6,9 milyon ABŞ dolları təşkil edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 17,8 faiz çoxdur.
Xarici ticarətdə 6,6 milyard dollarlıq - MÜSBƏT SALDO YARANIB
FED.az İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə – AZPROMO-ya istinadən xəbər verir ki, təkcə bu ilin iyul ayında Azərbaycandan 233,55 milyon ABŞ dollarlından çox qeyri-neft məhsulları ixrac edilib. Bu da ötən ilin eyni ayı ilə müqayisədə 0,5 faiz çoxdur.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik ifadədə 12,3 faiz artaraq 3 milyard ABŞ dollarını ötüb.