"Exol Azerbaijan" QSC 2023-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, şirkətin cəmi gəlirləri 6 milyon 187 min manat təşkil edib. Maya xərci isə 3 milyon 693 min manat olub.
Bu xərcdən sonra şirkətə 2 milyon 494 min manat ümumi mənfəət qalıb.
İllik müqayisə ilə cəmi gəlirlər 1 milyon 44 min manat (14,4%), maya xərci 706 min manat (16%), ümumi mənfəəti isə 337 min manat (11,9%) azalıb.
Hesabat dövründə şirkətin sair əməliyyat gəlirləri 65 dəfə azalaraq cəmi 361 manat təşkil edib. İnzibati xərclər 7,4 min manat (3,8%) azalaraq 187,6 min manata düşüb.
Sair əməliyyat xərcləri 218,5 min manat təşkil edib (ötən il olmayıb).
Nəticədə əməliyyat mənfəəti illik müqayisədə 571 min manat (21,5%) azalaraq 2 milyon 89 min manata düşüb.
Maliyyə xərclərində illik 6,6 min manat və ya 2,4 dəfə artım baş verib və 11,2 min manata yüksəlib.
"Exol Azerbaijan" QSC 2023-cü ili ümumilikə 2 milyon 77 min manatla başa vurub ki, bu da illik müqayisədə 583 min manat və ya (22%) azdır.
"Exol Azerbaijan" QSC ötən il 2 milyon 148 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 289 min manat və ya 11,9% kiçilib.
Öhdəliklər son bir il ərzində 500 min manat (26,1%) azalaraq 1 milyon 418 min manata düşüb.
Balans kapitalı isə 730 min manata bərabər olub ki, bu da illik müqayisədə 211,5 min manat (40,8%) çoxdur.